Gömrük Komitəsi büdcəyə 140 milyon artıq vəsait köçürüb- Səfər Mehdiyev
Dövlət Gömrük Komitəsi yeni büdcə proqnozunu təqribən 140 milyon manat çox yerinə yetirib.
Faktinfo.az xəbər verir ki, bu barədə komitənin sədri Səfər Mehdiyev “Gömrük orqanlarında aparılan islahatlar və nəticələr” mövzusunda keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Qanununda dəyişikliklər edilməklə bu il üzrə Dövlət Gömrük Komitəsi üçün ilkin proqnozlaşdırılan 2 milyard 430 milyon manat proqnoz 760 milyon manat artırılaraq ümumilikdə 3 milyard 190 milyon manat olub. Cari il iyulun 1-dən başlayaraq yeni proqnoz göstəriciləri əsasında büdcə öhdəliyinin yerinə yetirilməsi icraya götürülüb: “Dürüstləşmə nəzərə alınmadan bu ilin 8 ayı ərzində 1 milyard 569 milyon 780 min manat proqnoza qarşı faktiki yerinə yetirmə 2 milyard 270 milyon 964 min manat təşkil etməklə büdcə öhdəliyinə 144,67 faiz və ya 701 milyon 184 min manat çox əməl olunub. Dürüstləşmədən sonra artım nəzərə alınmaqla büdcə öhdəliyi 2 milyard 131 milyon 45 min manat təşkil etməklə faktiki toplanan 2 milyard 270 milyon 964 min manat gömrük vergi və rüsumlarına nisbətdə 106,57 faiz və ya 139 milyon 919 min manat artıq icra edilib”.
Bu xəbər üçün şərh yazın