Gömrük Komitəsində daha bir yüksək vəzifəli məmurun qanunsuz əməlləri —

Gömrük Komitəsində daha bir yüksək vəzifəli məmurun qanunsuz əməlləri — İş adamının ŞİKAYƏTİ

“LİON CENTRE”MMC-nin direktoru, Çindən satış üçün Azərbaycana mallar idxal edən iş adamı Ramil Aslanov Dövlət Gömrük Komitəsinin müxrəlif vəzifəli şəxslərinin özbaşınalıqları və Hava Nəqliyyat Baş Gömrük İdarəsi Gömrük Rəsmiləşdirilməsi idarəsinin rəisi Pərviz Kənkərlinin qanunsuz əməlləri barədə Demokrat.az-a şikayət məktubu ünlanlayıb.

Sayt İş adamı R.Aslanovun şikayət məktubunu olduğu kimi dərc edib. 


Azərbaycan Respublikasının Prezidenti 

cənab İlham Əliyevə


Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti, 

Azərbaycan Respublikasının Birinci Xanımı, Heydər 

Əliyev Fondunun Prezidenti,Yuneskonun və İSESKO

-nun Xoş Məramlı Səfiri Xanım Mehriban Əliyevaya 


Surəti: Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədova

Azərbaycan Respublikası Milli Məclisinin Sədri 

Xanım Sahibə Əli qızı Qafarovaya


Surəti: Azərbaycan Respublikasının Prezident Administrasiyasının

Rəhbəri (Korrupsiyaya ilə Mübarizə komisiyasının sədri)

cənab Samir Rafiq Oğlu Nuriyevə


Surəti: Prezident Adminstrasiyanın İqtisadi Məsələlər və İnnovativ 

İnkişaf Siyasəti şöbəsinin müdiri 

cənab Şahmar Mövsümova 


Surəti: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin

Sədri cənab Səfər Mehdiyevə


Surəti: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin 

Əməliyyat və İstintaq Baş İdarəsinin Rəisi Gömrük 

Xidmətinin General Mayoru Rəsulov Məsum Eynalı oğluna


Surəti: Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili 

(Ombudsman) Səbinə Əliyeva


Surəti: Dövlət Gömrük Komitəsinin Apelasiya şurasının rəhbərliyinə 


Surəti: Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, Gömrük Xidməti General-mayoru Bəhruz Quliyevə


“Hörmətli cənab Prezident!


Respublikanın gömrük orqanlarında baş vermiş qanunsuzluqlar barədə bundan öncə də Sizə yazılı şəkildə müraciət etmişdim. Bununla əlaqədar Respublikanın müxtəlif mətbuat orqanlarında, internet saytlarında müxtəlif məzmunlu materiallar dərc edilmişdir. Qeyd etməliyəm ki, tərəfimdən təqdim edilmiş həmin materiallar mənimlə gömrük orqanları arasında mövcud olan problemlərin aradan qaldırılmasında müəyyən mənada faydalı oldu.


Amma gömrük orqanları tərəfindən mənə qarşı edilən haqsızlıqlar, qanunsuzluqlar hələdə davam etməkdədir. Bunun nə ilə bağlı olduğunu izah etməkdə çətinlik çəkirəm.


Bundan öncə də Sizə ünvanladığım məktubda qeyd etdiyim kimi mən həmişə işimi ölkə qanunvericiliyinin tələblərinə uyğun şəkildə qurmuş və bu gündə qanunvericiliyə uyğun fəaliyyət göstərirəm. Bacardığım qədər buna riayət etməyə çalışıram. Lakin əvvələr söylədiyim kimi elə hallar olur ki, müvafiq dövlət qurumları tərəfindən edilən təziqlər, hədə-qorxular və bu tip əməllər nəticəsində qanunlara zidd olmasa belə onlardan yan keçməli olursan. Bir daha söyləyirəm ki, bu biznes fəaliyyəti ilə məşğul olan insanların bir çoxunun başına gətirilir.Təbii ki, məndə insanam və belə bir hal mənim də başıma gəlib. Mallarımın gömrükdən keçirilməsində süni maneələr yaradılıb, mallarım uzun müddət gömrük yoxlanılmasından buraxılmayıb və məndə məcbur olaraq ucuz qiymətli mala qanuna zidd olaraq yüksək qiymət ödəyərək gömrük rəsmiləşdirilməsini həyata keçirmişəm. Buna misal olaraq 12.10.2021-ci il tarixdə 01211000341373 saylı bəyannamə ilə gömrük rəsmiləşdirilməsindən keçirdiyim sadə işıqlandırıcı plafonlarla bağlı hadisəni göstərə bilərəm. Hələ bu gündə mən, nə Bakı Baş Gömrük İdarəsində nə də ki, Dövlət Gömrük Komitəsində həmin mallara dair tədbiq edilən hesablama qaydaları ilə əlaqədar sənədləri əldə edə bilməmişəm və həmin mallar üçün ödədiyim artıq pulları dəfələrlə tələb etməyimə baxmayaraq geri ala bilməmişəm. 


Sizə vaxti ilə ünvanladığım məktublarda qeyd etdiyim kimi, bu qanunsuzluqların başında Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov, onun müavini Faiq Seyidov Bakı Baş Gömrük İdarəsinin maliyyə inspektoru Etibar Talıblı dayanırdı. Təbii ki, bu işdə onların himayədarları da var idi”. 


“Pərviz Kəngərli tərəfindən mənim şirkətimə qarşı sıxma boğmalar, qanunsuz tələblər, ağlasığmaz gömrük rüsumları tələb edilməkdədir. O məndən kimin qisasını alır?” 


İş adamı R.Aslanov daha sonra qeyd edir:


“Hörmətli cənab Prezident!


Nəzərinizə çatdırmaq istəyirəm ki, son zamanlar mənim “LİON CENTRE”MMC şirkətimə qarşı Hava Nəqliyyat Baş Gömrük İdarəsində də süni maneələrin yaradılmasına start verilmişdir. Belə ki, Hava Nəqliyyat Baş Gömrük İdarəsində Gömrük rəsmiləşdirilməsi İdarəsinin rəisi Pərviz Kəngərli tərəfindən mənim şirkətimə qarşı sıxma boğmalar, qanunsuz tələblər, ağlasığmaz gömrük rüsumları tələb edilməkdədir ki, bununla gömrük orqanının yüksək rütbəli əməkdaşı, vəzifəli şəxs olan Pərviz Kəngərli Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uygun olmayaraq fəaliyyət göstərdiyini bir daha sübut etmiş olur.


Müəyyən araşdırmadan sonra müəyyən oldu ki, Pərviz Kəngərli Bakı Baş Gömrük İdarəsinin yetirməsidir, necə deyərlər həmin idarənin suyundan içib. Öz-özümə dedim ki, lənət şeytana respublikanın harasına getsəm belə Bakı Baş Gömrük İdarəsinin “Əli baba və qırx quldur dəstəsindən” qurtula bilmirəm.


Hə gələk Pərviz Kəngərliyə, Hava Nəqliyyat Baş Gömrük İdarəsi əməkdaşlarının “dedi-qodularında” mənə çatan bəzi qeyri rəsmi məlumatlardan bəlli olur ki, hamı cənab Pərviz Kəngərlinin qanunsuz əməllərindən bezib, lakin cürət edib bunu ona heç kim deyə bilmir. Görünür gömrük orqanlarına aidiyyatım olmadığı üçün cürət edib mən bu məhsuliyyəti öz boynuma götürməli olacam. 


Dövət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev çıxışlarının birində qeyd etmiş və iş adamlarına müraciət edərək bildirmişdir ki, rüşvətxor gömrük əməkdaşlarının adlarını çəkin. 


Səfər müəllim şəxsən Sizin nəzər-diqqətinizə çatdırıram ki, bundan öncə öz qanuna zidd əməlləri ilə gömrük orqanın əməkdaşlarının adına ləkə yaxan bir neçə yüksək rütbəli işçinin adını çəkməyimə baxmayaraq tərəfinizdən heç bir əməli tədbir görülməmişdir. Hətta yüksək rütbəli gömrük əməkdaşlarının qanunsuz əməlləri barədə rəhbəri olduğunuz təşkilatın təhlükəsizlik xidmətinin əməkdaşlarına audio yazılarda təqdim edilmişdir. Lakin bu günə dək heç bir nəticə yoxdur.Heç olmasa Səfər müəllim indi biraz mərhəmətli olun. Bir az iş adamları tərəfindən Sizə edilən müraciətlərə diqqətlə yanaşın. Sizə edilən müraciətlərin mahiyyətinə varın. Axı bu cür əməkdaşlar öz çirkin əməlləri ilə Sizin bu günədək ölkə rəhbərimiz Möhtərəm cənab Prezident İlham Əliyevin bir başa dəstəyi ilə illərlə qurub yaratdığınız, necə deyərlər sıfırdan başlayaraq ərsəyə gətirdiyiniz gömrük orqanlarının imicinə müsbət heç nə vermir.


“Pərviz Kəngərli məni təhdid edir ki, əgər sənin mallarını “kontrabanda” idarəsinə göndərəcəm. O, Hava Nəqliyyat Baş Gömrük İdarəsini şəxsi “iqamətgah”ına çevirib”. 


Hörmətli Səfər müəllim!


Dövlətimizin Başçısına ünvanladığım bu ərizədə bir daha Sizə müraciət edərək bildirirəm ki, Respublikamızın gömrük orqanlarında hazırda baş verən qanunsuzluqların aradan qaldırılması üçün təcili tədbirlərin keçirilməsinə göstəriş verin. Təkrar edirəm Hava Nəqliyyat Baş Gömrük İdarəsində gömrük rəsmiləşdirilməsinin idarə rəisi Pərviz Kəngərli tərəfindən mənim kimi öz işini ölkə qanunvericiliyinə uyğun şəkildə quran iş adamlarına qarşı edilən qanuna zidd hərəkətlərin durdurulması ilə bağlı göstəriş verin. Əks halda Pərviz Kəngərli və onun kimi fəaliyyət göstərən gömrük əməkdaşları tərəfindən iş adamlarının ölkəyə gətirdiyi mallarla bağlı müxtəlif növ süni təziqlərin yaradılması davam edəcək və bizləri istintaqla, təhqiqatla, kontrobanda idarəsi ilə təhdid edilməsi davam etdiriləcəkdir.


Görünür ki, cənab Pərviz Kəngərli özünün bir başa rəhbəri olan Hava Nəqliyyatında Baş gömrük İdarəsinin rəisi çox alicənab, mədəni və təvazökar bir insan olan cənab Bəhruz Quliyevin mənzuniyyətdə olmasından istifadə edərək, öz çirkin əməllərinin tez bir zamanda həyata keçirilməsini istəyərək mənim kimi iş adamlarından qisaq alır. Çünki, dəfələrlə Pərviz Kəngərliyə mənim “LİON CENTRE”MMC şirkətimə idxal edilən malları hansı qanun pozuntusunun baş verməsi barədə suallarla müraciət etməyimə baxmayaraq bu günə dək mənə cavab verilməmş və bir başa mənim üzümə Pərviz Kəngərli tərəfindən deyilmişdir ki, səndən Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədova görə qisas alıram və sənin mallarını çox təkid etsən istintaqa, təhqiqata və kontrabanda idarəsinə göndərəcəm. Bu da Hava Nəqliyyatında Baş gömrük İdarəsinin vəzifəli şəxs tərəfindən, vəzifə səlahiyyətlərindən süni istifadə, vəzifə səlahiyyətlərini aşma, şəxsi-qərəzlik və s. dair fakt var. Belə ki, 16.12.2021-ci il tarixində mənə zəng edərək, Hava Nəqliyyat Baş Gömrük İdarəsindən zəng edərək məni həmin idarənin təhqiqat və istintaq şğbəsinə dəvət etmişdilər, mən bu zaman dövlət gğmrük komitəsində idim oranın vəzifəli şəxsləri ilə yəni Mahir və Saleh adlı gömrük əməkdaşları ilə Hava Nəqliyyat Baş Gömrük İdarəsində gətirdiyim mallara süni qiymət qaldırılmasının qarşısının alınması barəsdə söhbət edirdim. Mənə bildirildi ki. sənin işin təhiqiqat və istintaq idarəsindədir get həmin idarəyə. Bildirirəm ki, buda həmin Mahir və Saleh adlı gömrük əməkdaçlarının yalanı idi və yaradılan süni əngəl idi. Mən Hava Nəqliyyat Baş Gömrük İdarəsinin təhqiqat-istintaq idarəsinə gəldikdə onlardan həmin idarəyə şirkətimin sənədlərinin göndərilməsi barədə rəsmi sənəd və protokolun nüsxəsini tələb etdim. Lakin onlarda heç bir rəsmi sənəd yox idi, buda onu sübut etdi ki, Pərviz Kəngərlinin sadəcə sözü ilə heç bir rəsmi sənəd olmadan hüquqi savadı olmayan sahibkarları incitmə və süni maneələr yaradılması mövcudluğu sübutdur. Buradan bir daha göz önündə olan hal odur ki, Pərviz Kəngərli həmin Hava Nəqliyyat Baş Gömrük İdarəsini özəlləşdirib oranı öz iqamətgahı, sarayı hesab edir. O, bir sözü ilə orada nə istəsə onuda edə bilir.


Hörmətli Cənab Prezident!


Sizdən çox üzr istəyirəm ki, məhs Sizə ünvanladığım məktubda bu cür məsələləri uzun-uzadı demək olar ki, tam çılpaqlığı ilə açıqlamağa məcbur oldum.


“Gömrük Komitəsinin yüksək rütbəli məmurları olan Mahir və Saleh adlı şəxslərin mənim “LİON CENTRE”MMC- mə aid olan sənədlərin hazırda təhqiqat və istintaq şöbəsində olması barədə yalan söyləməsinə nə ad vermək olar?”


Hörmətli Cənab Prezident,


Bundan öncə Sizə ünvanladığım məktublarda qeyd edilənlərlə bağlı mən Dövlət Gömrük Komitəsinə dəvət edilərkən oranın Mahir və Saleh adlı yüksək rütbəli əməkdaşları tərəfindən mənə bildiridi ki, Azərbaycan Respublikasının Prezident administrasiyasına ərizə ilə müraciət edin və mənim şirkətimlə bağlı gömrük qurumlarında yaranmış problemlərin həll edildiyini bildirin. Mənə edən təkliflə razı olmadığımı bildirdim və mənə təqdim edilən məzmunda ərizəni yazmadım. Görünür bununla mən əməlli-başlı gömrük komitəsinin yüksək rütbəli məmurlarının ümüdini doğrultmamışam və əməlli-başlı onların planlarını pozub, necə deyərlər keflərinə soğan doğramışam. Yoxsa Gömrük Komitəsinin yüksək rütbəli məmurları olan Mahir və Saleh adlı şəxslərin mənim “LİON CENTRE”MMC- mə aid olan sənədlərin hazırda təhqiqat və istintaq şöbəsində olması barədə yalan söyləməsinə nə ad vermək olar?


Buradan Mahir-Saleh-Pərviz iş birliyinin qurulduğunu görmək o qədər də çətin deyil.


Hesab edirəm ki, gömrük orqanlarının işi bu mustəvidə qurulmalı deyil.


Hörmətli Cənab Prezident,


Yuxarıda göstərilənlərdən irəli gələrək xahiş edirəm ki, Hava Nəqliyyatı Baş Gömrük İdarəsində mənim şirkətimə qarşı qeyri qanuni əməllərə son qoyulması, mənim şirkətimin fəaliyyəti ilə bağlı, şirkətimə idxal edilən 01211000428399 saylı bəyannamə üzrə malların rəsmiləşdirilməsi ilə bağlı Hava Nəqliyyatinda Baş Gömrük idarəsinin gömrük rəsmiləşdirilməsi rəsmiləşdirilməsi idarəsinin rəisi Pərviz Kəngərli tərəfindən yaradılmış şəxsi-qərəzlik prinsiplərindən yaranmış süni maneələrin tez bir zamanda aradan qaldırılması barədə Dövlət Gömrük Komitəsinin rəhbərinə göstəriş verməyinizi Sizdən xahiş edirəm.


Hörmətli cənab Prezident,


Bizim inamımız yalnız Sizədir və ümidimiz yalnız Sizsiniz”.


No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.


Hörmətlə,

“Lion Centre” MMC-nin Direktoru
Ramil Aslanov
Əbil Quliyev

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi