“Gömrükdəki milyardları kim mənimsəyibsə, araşdırmaq lazımdır” - deputat
“Bu il Gömrük Komitəsinin malların idxalından 1 milyard manata yaxın dövlət büdcəsinə vəsait daxil olub. Ancaq biz rüsumları və gömrük tariflərini artırmamışıq. Bəs bu qədər vəsait nəyin hesabına büdcəyə daxil olub?”
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vahid Əhmədov parlamentdə çıxışında deyib.
O, bunun səbəbini Gömrük Komitəsində aparılan kadr siyasəti ilə əlaqələndirib: “Gömrük Komitəsində rüşvətxorluğun qarşısının alınması məqsədilə büdcəyə 1 milyard vəsait daxil olub. Azərbaycan 27 ildir ki, müstəqil dövlətdir. Hər il bir milyard daxil olsaydı, görün bu təkcə gömrük sahəsindən 27 milyard pul edirdi. Ancaq bu məbləğ hələ indi büdcəyə daxil olur. Bunu əvvəllər kim mənimsəyibsə, məsələni araşdırmaq artıq hüquq-mühafizə orqanlarının işidir. Qeyd edim ki, Azərbaycanda kölgə iqtisadiyyatının həcmi çox böyükdür. Mən burada rəqəmi açıqlamaq istəmirəm. Bunu aradan qaldırmaq üçün ciddi işlər görülməlidir”.
Bu xəbər üçün şərh yazın