“Grand Hospital” xəstə qıtlığından əziyyət çəkir - Səbəb

“Grand Hospital” xəstə qıtlığından əziyyət çəkir - Səbəb 

Son 15 gündə 2 pasiyentin ölümü ilə gündəmə gələn “Grand Hospital” həmişəki kimi fəaliyyətini davam etdirir. Amma son olaylar klinikaya müraciət edənlərin sayına ciddi təsir edib.

Hazırda klinikanın dəhlizləri boşdur. Tək-tük müraciət edən və əvvəldən qəbula yazılan pasiyentlər gözə dəyir.

19 dekabr tarixində sözügedən klinikada ürəyindən əməliyyat olunan 1962-ci il təvəllüdlü Nurağa Qasımovun ölümünə səbəb olan hadisə artıq kilinika üçün mənfi təsirini göstərib.

Xatırladaq ki, dünən baş verən hadisə “Grand Hospital”da son 15 gündə 2-ci ölüm hadisəsidir. Ürəyindən əməliyyat edildikdən sonra ölən N.Qasımovdan 14 gün öncə də klinikada əməliyyat olunan 20 yaşlı gənc dünyasını dəyişmişdi. Gözündən əməliyyat olunan 20 yaşlı Ayşən Mirzəyeva “Grand Hospital” klinikasının həkimi invaziv radioloq İlqar Hüseynovun səhlənkarlığı və qeyri-peşəkarlığı ucbatından əməliyyat zamanı komaya düşmüş, beş gün sonra isə ölmüşdü.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi