Gülçöhrə Məmmədova rektor vəzifəsindən çıxarılır?-Onun adı hansısa çirkli işdə hallanmayıb-Yenilənib

Gülçöhrə Məmmədova rektor vəzifəsindən çıxarılır?-Onun adı hansısa çirkli işdə hallanmayıb-Yenilənib 

Faktinfo.az xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın vəzifəsindən çıxarılacağı barədə Təhsil Nazirliyinin dəhlizlərində söz-söhbətlər dolaşır.

Gülçöhrə Məmmədovanın əlaqələrinin zəifləməsini,ləğv edilmiş Nəqliyyat Nazirliyində birinci  müavin olmuş qudası Musa Pənahovun artıq yüksək vəzifədə işləməməsini əsas götürənlər xanım rektorun qarşıdakı aylarda işdən çıxarılacağına dair bəzi mülahizələlər irəli sürməkdədirlər.

 Bizə gəlincə, Gülçöhrə Məmmədovanın hansı səbəbdən işdən çıxarılacağına dair dəqiq məlumatımız yoxdur. Onu da bildirməyi məqsədəuyğun hesab edirik ki, xanım rektorun adı indiyədək hansısa  çirkli işdə hallanmayıb və  ona müəyyən dairələrdə hörmət də var. Bu səbəbdən onun yaxın vaxtlarda rektor vəzifəsindən çıxarılacağı inandırıcı görünmür.

Məsələ ilə bağlı münasibət öyrənmək üçün Gülçöhrə Məmmədovanın özü ilə əlaqə yaratmaq istəsək də, mümkün olmadı.

Faktinfo.az

“Gülçöhrə Məmmədova rektor vəzifəsindən çıxarılır? – Onun adı hansısa çirkli işdə hallanmayıb” başlıqlı yazıyla ilə  bağlı Azərbaycan Memarlıq və İnşaat Universitetinin ictimaiyyətlə əlaqələr mərkəzindən  13.09.2017-ci il tarixində saytla əlaqə saxlanılıb.

Gülçöhrə xanımın işdən çıxarılıb-çıxarılmaması məsələsi ölkə prezidenti İlham Əliyevin səlahiyyətinə aiddir, fikirləri əsas götürülüb.

O da  bildirilib  ki, bu il ölkəmizdə fəaliyyət göstərən texniki universitetlər arasında qəbul planı yalnız Azərbaycan Memarlıq və İnşaat Universiteti üzrə dolub. Yəni, AzMİU 2017-18-ci tədris ili üçün qəbul planını 93 faiz yerinə yetirib. Bu göstəricilər universitetin nəzdində olan Fizika-riyaziyyat təmayüllü liseydə və İnşaat Kollecində də yüksəkdir. Hər halda bu cür yüksək göstəricilər AzMİU rəhbərliyinin, rektor, professor Gülçöhrə Məmmədovanın aktiv, ədalətli, şəffaf fəaliyyətinin, eləcə də universitetdə təhsilin keyfiyyətini artırmaq üçün yaradılmış şərait, şəffag mühit, maddi-texniki bazanın güclü olması, professor-müəllim heyətinin hazırlığı digər müsbət işlərin göstəricisidir, ifadələri ilə xarakterizə olunub.


Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi