Gülçöhrə Məmmədova üçün qohumluğa,tanışlığa,dostluğa vasitə olan AZMİU
Bakıda möhtəşəm dizaynı ilə seçilən Heydər Əliyev Mərkəzinin inşası Azərbaycan Memarlıq və İnşaat Unibersitetinin (AZMİU) ilk məzunu və ömürlük rektoru Gülçöhrə Məmmədovaya deyil, İraq əsilli (başqa mənbələrə görə pakistanlı) memar xanım Zaha Hadidə etibar ediləndə heç kəs təəccüblənməmişdi.
Çünki hamı bilirdi ki, G.Məmmədovanın “Şöhrət” ordeninin işığı Biləcəridən o tərəfə düşmür, hələ bir nəfər dünya şöhrətli memar yetişdirməyib. Deputat olduğu müddətdə də seçicilərinə bir gün ağlamayıb.
Amma G.Məmmədovanın yaxın dostlarına qarşı çox sədaqətli olduğu deyilir. Məsələn, xanım rektor Universitetin Bünövrələr, özüllər, yeraltı qurğular kafedrasının dosenti, kafedra müdiri kimi Yaqub Eyyubovu əvəz edən Əcəm Özbəy oğlu Naqdiyevin uzun müddət ərzində məhsuldar, səmərəli fəaliyyətini çox yüksək dəyərləndirərək onun oğlu Orxan Naqdiyevi özünə köməkçi götürüb. Əslində başı öz haram kapitalı hesabına kənarda qurduğu biznesinə qarışan rektor birbaşa vəzifəsini həyata keçirməkdə köməkçiyə ehtiyac duymasa da, bir çox qara-qura işləri görməkdə ona “Zülümov” kimisi lazımdır. Memarlıq, inşaat elminə və tədrisin inkişafına yardım xeyriyyə fondunun icraçı direktoru olan Orxan Naqdiyev rektorun əlaqələri hesabına Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bir sıra qrant layihələrini qazanıb, pulunu da həzm-rabedən keçirib.
Bildirilir ki, Orxan Naqdiyev rektor köməkçisi olduğu müddətdə rektorun adından və öz vəzifəsindən sui-istifadə edib. Universitetin müəllimləri hər hansı bir problemlərinin həlli üçün rektorun qəbuluna düşmək istəyəndə onlara kimlərinsə sifarişi ilə əngəl törədir, rektorun xəbəri olmadan geri qaytarır. Yalançı, istifadəçi, müəllim adına layiq olmayan biri kimi xarakterizə olunur.
Etibarlı mənbədən aldığımız məlumata görə, Orxan Naqdiyev prorektor olmağa hazırlaşır. İndidən bəllidir ki, bu təyinat Azərbaycan memarlıq elminin inkişafına heç bir təkan verməyəcək.
Mövzunu davam etdirəcəyik
Nyus.Az
Bu xəbər üçün şərh yazın