Güllələnən biznesmen Toğrul Tağıyevin arvadı –

Güllələnən biznesmen Toğrul Tağıyevin arvadı – “Hamısı bu lənətə gəlmiş “moyka”ya görə oldu…”

Ötən gecə Moskvada azərbaycanlı biznesmen, Şəmkir rayonundan olan Toğrul Tağıyev güllələnib.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, 36 yaşlı biznesmen xəstəxanadan çıxarkən killer onu haqlayıb. Tağıyev əlbəyaxa döyüş üzrə məşq zamanı zədə alıbmış və MRT müayinəs üçün xəstəxanaya gedibmiş.
Axşam saat 20.00 radələrində xəstəxanadan çıxarkən killer ona bir neçə dəfə atəş açıb. Güllələrdən biri Tağıyevin sifətinə, digəri qabırğasına dəyib. Onu yerli xəstəxanaya qardaşı çatdırıb, lakin yaralı ilkin tibbi yardım zamanı keçinib. Hadisə yerində 9 mm-lik güllənin bir neçə boş gilizi aşkarlanıb. Biznesmenin “Range Rover” avtomobilində isə 7 güllə yeri olub.

Hüquq-mühafizə orqanları hücumun səbəblərini və cinayətkarın kimliyini araşdırır.Musavat.com-un Moskvadakı mənbələrdən əldə etdiyi məlumata görə, qətli törətməkdə şübhəli bilinən şəxslər Şəmkir rayonundandırlar. Onların Moskvada kriminal hesablaşmalarla məşğul olduqları, azərbaycanlı iş adamlarından, bazarlarda ticarətlə məşğul olan soydaşlarımızdan zorla hesab aldıqları deyilir.

Bu qruplaşmanın başında Həsən, Bek və Cəbi adlı qardaşların dayandığı deyilir.

Moskvadakı qaynağımızın saytımıza verdiyi məlumata görə, Bek və Cəbi ağır cinayətdə ittiham olunaraq, uzunmüddətli həbs cəzasına məhkum ediliblər. Onların hazırda Rusiya həbsxanalarından birində cəza çəkdikləri deyilir. Həsənin isə azadlıqda olduğu bildirilir. Bir başqa məlumata görə isə, kriminal qruplaşmanın əsas himayəçiləri Sankt-Peterburqda meyvə biznesilə məşğul olan Şəmkirdən olan nüfuzlu və pullu şəxslərdir. Onların adları redaksiyaya məlum olsa da, etik səbəblərdən yazmırıq. Bu qətli onların sifariş verib-vermədiyi dəqiq bilinmir.

Moskvadakı mənbələr deyiblər ki, qruplaşma üzvləri bir müddət öncə, ötən gecə qətlə yetirdikləri Toğrulu qorxutmaq məqsədilə onun ayağına odlu silahdan atəş açıblar. O, təhdidlərə rəğmən istənilən qeyri-qanuni ödənişi verməkdən imtina edib. Ən sonda isə cinayətkarlar onu öldürmək qərarına gəliblər.

“Moskovskiy komsomolets” yazır ki, Toğrul Tağıyev 15 il əvvəl qazanc dalınca Azərbaycandan Moskva regionuna gedib, Varşava şossesində məskunlaşıb. Əvvəlcə nə gəldi satıb, xırda alverlə məşğul olub. Sonradan meyvə-tərəvəz alverinə girib və iri meyvə-tərəvəz bazalarından birində özünə “toçka” alıb. Evlənib və 2012-ci ildən Vidoedə yaşayırdı.

“Hamısı o lənətə gəlmiş “moyka”nı biz alandan sonra başladı!”-həlak olan biznesmenin arvadı Şəhla deyir. “Əvvəlcə zəng vururdular və hədələyirdilər. Mən ona deyirdim ki, meyvə-tərəvəz alverindən gələn pul da bəsimizdir, niyə risk edirsən? O mənə qulaq asmadı və bu il martın 21-də M-4 şossesində gedəndə maşınını güllələdilər. Hər şey hərəkətdə olarkən baş verdi. Ərim ayağından yaralandı, sürücü tərəfdən qapıya 4 güllə dəydi. Bundan sonra sanki sakitləşmişdilər Lakin bir ay əvvəl ərim həmin “avtomoykanı” işə saldı. Onu martda atəş açan həmin adamların güllələdiyinə inanıram. İki oğlu atasız qaldı, 5 və 7 yaşlarında. Uşaqlara hələlik bacım baxır”-qadın danışıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər