Gülnarə Cəmaləddin “Tərəqqi” medalı ilə təltif edilib

Gülnarə Cəmaləddin “Tərəqqi” medalı ilə təltif edilib 

Prezident İlham Əliyev “Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən Sumqayıt şəhərinin 70 illiyi münasibətilə şəhərin sosial-iqtisadi inkişafında xidmətləri olmuş şəxslər olunub. Təltif olunanlar arasında AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin də (Niftiyeva Gülnarə Şirinəli qızı) var. Xanım şairə “Tərəqqi” medalı ilə təltif edilib.

 Gülnarə Cəmaləddinin  yaradıcılığında diqqət çəkən məqamlardan başlıcası ondan ibarətdir ki,  oxucusunu sözün sehrinə sala bilir, könlünü asanlıqla fəth edir. Sözə böyük dəyər verən bu xanım sözlə birgə ucalır. Onu duymaq, dərk eləmək olduqca asandır. Çünki o çox sadə yazır, yaratdığı obrazlar vasitəsilə fikrini oxucuya çatdıra bilir. 

Azərbaycan ədəbiyyatınının cəfakeşlərindən biri, sözün qədrini düşündüyümdən də artıq dəyərləndirən, hər misrasında böyük bir dünya yaşadan, sözü də özü kimi səmimi və saf olan Gülnarə Cəmaləddinin bu mükafatı təkcə ona aid deyil,  çoxsaylı oxucularının, ədəbiyyatımızındır.

Gülnarə xanım sözlə doğulub, sözlə yaşayıb, sözlə də yaddaşlara hopub. O sevilib, sevdiyi Vətənin həqiqi mənada övladına çevrilib. Elə o üzdən də sevilən və ürəklərə köçən şairlərin mükafatı hamının olur.

Poeziya fədaisi olan Gülnarə xanımı layiq görüldüyü mükafata görə təbrik edirəm. Ona sözünün başına dolanan əzminin və istedadının daha da çağlayan olmasını, sözün zirvə ömrünə doğru daha qəttiyyətlə yol getməsini arzulayıram. Gülnarə xanımın ölkə  Prezidenti İlham Əliyevin sərancamı ilə “Tərəqqi” medalına layiq görülməsi də bir Vətən övladına, söz fədaisinə verilən ən yüksək dəyər və qiymətdir. Dövlətin və oxucunun  yanında həmişə dəyərli və sevilən olun, Gülnarə xanım.

Qalib Rəhimli.

Gülnarə Cəmaləddin “Tərəqqi” medalı ilə təltif edilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər