Gürcü parlamenti Saakaşviliyə diktator demədi – İmtina
Gürcüstan parlamenti Mixail Saakaşvilinin hakimiyyətinin cinayətkar rejim adlandırılması barədə qətnaməni qəbul etməkdən imtina edib.
Qətnamə parlamentin müzakirəsinə rusiyayönlü Gürcüstan Vətənpərvərlər Alyansı Partiyasının deputatları tərəfindən təqdim edilib. Qətnamədə Saakaşvili hakimiyyəti avtoritar rejimi kimi qələmə verilib və Saakaşvilinin məhkəmə sistemini özünə tabe edərək, ölkə əhalisinin 8%-ni həbs etdiyi vurğulanıb.
Qeyd edək ki, Saakaşvili 2004-2012-ci illərdə Gürcüstan prezidenti olub. Hakimiyyətdən getdikdən sonra onun ölkəyə girişi qadağan olunub və o, beynəlxalq axtarışa verilib.//Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın