Gürcüstana ən çox səfər edən turistlər azərbaycanlılar olub- Bu ilin ilk yarısında
Bu ilin ilk yarısında Gürcüstana ən çox səfər edən xaricilər Azərbaycan vətəndaşları olub.
Trend-in məlumatına görə, bu barədə Gürcüstan Milli Turizm Administrasiyasının hesabatında deyilir.
Qeyd olunur ki, 2018-ci ilin yeddi ayı ərzində Gürcüstana 4,6 milyondan çox xarici turist səfər edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,9 faiz çoxdur.
Bu müddət ərzində Azərbaycandan Gürcüstana 755 603 turist səfər edib. İlk üçlükdə həmçinin Rusiya və Türkiyə qərarlaşıb.
Bundan başqa, Koreyadan Gürcüstana səfər edən turistlərin sayı 143 faiz, Çindən 92 faiz, Səudiyyə Ərəbistanından gələn turistlərin sayı isə 67 faiz artıb.
2018-ci ilin yanvar-iyun aylarında Gürcüstan xarici turizmdən 1,7 milyard dollar (28,9 faiz artım) gəlir əldə edib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın