Gürcüstanda da dolların məzənnəsi rekord həddə yaxınlaşdı:"Zəruri müdaxilə olunacaq"

Gürcüstanda da dolların məzənnəsi rekord həddə yaxınlaşdı:"Zəruri müdaxilə olunacaq" 

Gürcüstanda ABŞ dollarının məzənnəsi tarixi rekord həddə yaxınlaşıb.

Faktinfo.az "Report"a istinadən xəbər verir ki, dünən Gürcüstanın nağd valyuta bazarında dolların məzənnəsi 2,7250 lari səviyyəsinə çatıb və hazırda 2,70 GEL/USD səviyyəsində qərarlaşıb. 

Qeyd edək ki, Gürcüstanda dolların tarixi rekord həddi 2016-cı il dekabrın 22-də (2,8205 lari) qeydə alınıb. Hazırda isə məzənnə tarixi rekord həddən 4,3% aşağıdır. Xatırladaq ki, son bir ayda Gürcüstanda dollar 10% bahalaşıb.

Gürcüstan Mərkəzi Bankı dolların bahalaşması ilə bağlı yaydığı bəyanatda bildirib ki, baş verən proses movsümi amillərlə əlaqəlidir və müvəqqəti xarakter daşıyır: "Əgər Mərkəzi Bank məzənnənin artmasında inflyasiya riskini müşahidə edərsə, valyuta bazarına zəruri müdaxilə olunacaq".

"Report"un analitik qrupu Gürcüstanda dolların bahalaşmasının səbəbini regionda əsas ticarət tərəfdaşları olan Rusiya və Türkiyədə analoji prosesin getməsi ilə əlaqələndirir: "Bu dəfə dollarda bahalaşma müvəqqəti hal olsa da, 2018-ci ildə bütün region ölkələrində və qlobal valyuta bazarında dolların bahalaşması qaçılmaz olacaq".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi