Gürcüstanda dolların məzənnəsi 2,7 larini keçib
Gürcüstan Milli Bankı ABŞ dollarının sabaha olan məzənnəsini 2,7203 lari səviyyəsində müəyyən edib.
“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə qurumun yaydığı məlumatda bildirilir.
Amerika valyutasının bu günə olan məzənnəsi isə 2,7027 laridir. Bu isə ötən günki məzənnə ilə müqayisədə 0,0176 lari çoxdur.
Gürcüstanda dolların bahalaşmasına əsas səbəb kimi ölkənin aprıcı ticarət tərəfdaşları olan Rusiya və Türkiyənin milli valyutalarının ucuzlaşması göstərilir. Yerli ekspertlərin proqnozlarına əsasən, gələn ilin yanvar ayına qədər Gürcüstanda dolların məzənnəsi 3 lariyə yaxınlaşacaq.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın