Gəncə Dövlət Universitetindən çağırış - "düşünməyin ki, sifariş yerinə yetirdiyiniz sezilmir"
Görəsən,məlum əsasları nəzərə almadan yazarkən, düşünmədən fikir yürüdərkən, kimlərinsə maraqlarına xidmət etdiklərini bu qədərmi əhəmiyyətsiz hesab edirlər?
Saytın elektron poçtuna daxil olan bu məktubu əvvəl dərc etmək fikrindən yan keçdik. Ancaq Gəncə İmamzadə Kompleksinin axundu Hacı Tahir Abbasovun özündə cəsarət tapıb danışmasından sonra Gəncə Dövlət Universiteti barədə bir müddət əvvəl sayta daxil olan mətni yenidən nəzərdən keçirməli olduq. Çünki,etinasız yanaşdığımız bu məsələnin də həqiqətə yaxın olması ehtimalı artdı. Bu səbəbdən Faktinfo.az saytının elektron ünvanına daxil olan mətni olduğu kimi dərc edirik:
Faktinfo.az saytını bəlli bir müddətdir ki, izləyirik. Açığı, toxunduğunuz mövzular çox əhəmiyyətli olduğundan və məntiqin nəzəri əsasları ilə uzlaşdığından saytdakı yazıları mütəmadi olaraq oxuyuruq. Həqiqətən deyə bilərik ki, maarifləndirmək, məlumatlandırmaq, islah olunmaya çağırışlar yazılarda əhəmiyyətli dərəcədə hiss olunur. Bəzən olur ki, saytınızda yer alan xəbərlər təklif xarakterli olur, təkrarlanmasını istəmədiyiniz səbəblərdən çağırışlar edilir.İnanırıq ki, biz səhv etmirik, bir neçə sayta üz tutub soruşduğumuz kimi sizə də sual etmək istəyirik: onlarla sayt Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifovu durmadan tənqid edir. Oradakı vəziyyəti dözülməz hesab edib, fikir yürüdür. Bu düzgün haldırmı?!
Faktinfo.az saytını Gəncə Dövlət Universitetini qərəzli tənqid etməyən azsaylı saytlardan hesab etdiyimizdən, sizin vasitənizlə bildirmək istəyirik ki, Gəncə Dövlət Universitetində vəziyyət bir qrup saytın yazdığı və düşündüyü kimi deyil. Məlum saytlar (adlarını çəksək şərəfləndirmiş olarıq) Gəncə Dövlət Universitetinin rektoru haqqında haqsız tənqid yazırlar, bu zaman elə düşünürlər ki, onların hər hansı bir sifarişi yerinə yetirdiyi sezilmir,yazılarında guya Şəhər rəhbərliyində çalışan bəzi şəxslərin maraqlarının təmsilçisi rolunda çıxış etmirlər.
Görəsən,məlum əsasları nəzərə almadan yazarkən, düşünmədən fikir yürüdərkən, kimlərinsə maraqlarına xidmət etdiklərini bu qədərmi əhəmiyyətsiz hesab edirlər? Həqiqətənmi, məlum saytların rəhbərləri xəbərsizdirlər ki, niyə Gəncə Dövlət Universitetində son 8 ildə üç rektor dəyişib, hər üç rektor da hansı səbəbdən təzyiqlərlə üzləşib? Məgər, baş verənləri, rektor dəyişikliklərini anlamaq bir o qədər mürəkkəbdir ki, artıq bəzi saytlar alətə çevrildiklərinin fərqində olmadan sifariş yerinə yetirirlər?! Bunları anlamaqda çarəsizdirlər?
Belə sayt rəhbərləri özlərinə “bunu nə qədər etməliyik, öhdəlikmi götürmüşük” sualını verəcəklərmi?
Bu xəbər üçün şərh yazın