HACI İBRAHİM İŞ ADAMLARINI DA ALDADIB – Pullarını tələb edənləri isə təhqir etdi

HACI İBRAHİM İŞ ADAMLARINI DA ALDADIB – Pullarını tələb edənləri isə təhqir etdi 

Beynəlxalq Bankdan 100 milyonlarla manat kredit alaraq qaytarmayan, çoxsaylı yalan vədləri ilə tanınan iş adamı İbrahim Nehrəmli (Hacı İbrahim) Nərimanov rayonunda keçmiş erməni qəbirstanlığında tikdirdiyi ticarət mərkəzindəki işləri başa çatdıra bilməyib.

Bu haqda “Bizim Yol” məlumat yayıb. Qəzetə müraciət edən şikayətçilər bildirib ki, iş adamının adıçəkilən ünvanda tikdirdiyi,lakin başa çatdırmadığı ticarət mərkəzindən ofis, maqazin alan vətəndaşlar onu yalançılıqda suçlayıb : “Onlar alqı-satqı etməzdən əvvəl, Hacı İbrahimin  söz verdiyi tikintini tezliklə yekunlaşdıracağını bidirsə də, bu baş tutmayıb. Əvəzində Hacı İbrahim “Xəzər adaları”nı tikdirməyə başlayıb ki, ora da qoyulan milyonlardan xəbər yoxdur və tikinti dayanıb. Hazırda redaksiyamıza müraciət edən vətəndaşlar pullarının geri qaytarılmasını, ya da ticarət mərkəzini tikib yekunlaşdırılmasını tələb edirlər. Bununla bağlı bir çox yerlərə şikayət etsələr də nəticəsi olmayıb”.

Vətəndaşlardan redaksiyamıza daxil olmuş şikayətlər əsasında “Bizim Yol” məşhur iş adamı, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı, İbrahim Nehrəmli ilə əlaqə saxlayıb. O sayta qıssa açıqlamasında məsələdən xəbərsiz olduğunu, bu barədə danışmaq istəmədiyini bildirib: “İnsanlar çox şey danışa bilərlər. Mən bu barədə məlumatsızam. Kim nə deyirsə, o demək deyil, o hamısını düz deyir. İt hürər karvan keçər. Mən bundan artıq heç nə deməyəcəm. Özüm də mən söz vermişəm ki, heç bir sayta açıqlama verməyəcəm.”

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi