Hacıbala Abutalıbovun yerinə niyə təyinat yoxdur?-

Hacıbala Abutalıbovun yerinə niyə təyinat yoxdur?- Daha layiqli namizəd axtarılır...

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun vəzifədən azad edilərək Baş nazirin müavini təyin edilməsindən xeyli vaxt keçməsinə baxmayaraq,hələ də mer postu boş qalır.

 Hər kəs həmin posta kimin təyin olunacağını maraqla gözləyir. İndiyə qədər bununla bağlı KİV-də bir çox şəxslərin adları hallansa da,hələ ki,deyilənlər etimal olaraq qalmaqdadır.

Bəs sözügedən təyinat nədən bu qədər gecikir?

Faktinfo.az hesab edir ki, məlum təyinatla əlaqədar vaxtın bu qədər uzanması daha layiqli,daha bacarıqlı namizədin axtarışı ilə bağlı ola bilər. Görünür ,bu vəzifəyə ilk növbədə  ideya və təşəbbüsü olan, inşaat ,memarlıq işlərini daha yaxından bilən elə bir şəxs gətirilməlidir ki,o,paytaxtın 12 rayonunun hamısının icra başçısı ilə işini düzgün qura bilsin. Məsələ burasındadır ki,sözügedən rayonların İcra başçılarının vəzifə təyinatı və vəzifədən azad edilməsi ölkə prezidentinin səlahiyyətində olsa da,onların gündəlik işi,fəaliyyəti paytaxt meri ilə əlaqəli şəkildə tənzimlənir.Əgər hansısa rayonun İcra başçısı paytaxt meri ilə lazımı səviyyədə hesablaşmırsa,onu eşitmirsə, onda çoxsaylı problemlərin meydana çıxması qaçılmazdır.

Düzdür,Hacıbala Abutalıbov paytaxt Bakı üçün kifayət qədər işlər gördü.Bunları sadalasaq bir dəftəri doldurmuş olarıq.Amma,onun dövründə istədiyi hərəkəti edən İcra başçılarının da olmasını danmaq olmur. Nəticə göz qabağındadır: paytaxtın panoramı bəzi ərazilərdə əməlli-başlı pozulub,qanunsuz və yöndəmsiz tikililərin sayı-hesabı yoxdur,əksər küçə və prospektlər boyu yaşıllıqlar qırılıb,torpaqlar qarış-qarış satılıb,hətta bir çox yerlərdə səkilər,dayanacaqlar da zəbt edlib.

Bu baxımdan Nizami rayonundakı Qara Qarayev , Xətai rayonundakı Məhəmməd Hadi prospektlərini,Yasamal rayonundakı Şərifzadə küçəsini və.s onlarla belə əraziləri misal göstərmək olar.Artıq bu yerlərdə yaşıllıqların qırılması hesabına bazarlar,ticarət obyektləri metrostansiyaların girişinə qədər gəlib çatıb ki,artıq BŞİH-nin yeni rəhbərinin bu vəziyyəti aradan qaldırmaq üçün geniş bir komissiya təşkil etməsinə ciddi ehtiyac duyulacaq.Hətta,paytaxtın inkişafına ,gözəlləşməsinə ciddi xələl gətirən bu cür hallar xarici qonaqlar,turistlər tərəfindən də heyrətlə qarşılanır.

Faktinfo.az olaraq xüsusi qeyd etmək istəyirik ki, yaranmış vəziyyət hər dəfə müzakirəyə çıxarılanda Bakı Şəhər İcra Hakimiyyəti bu cür işlərdən xəbərsiz olduğunu bildirir,rayon icra hakimiyyətlərindən isə deyilir ki,”biz kimik ki,paytaxt rəhbərliyindən icazəsiz hansısa addım ataq”. Adam bilmir kimə inansın ?

 Elə bu səbəbdən təzadlı və inkaredici xəbərlərin cəmiyyətdə tirajlanmaması üçün  layiqli namizədə ehtiyac var. Görünür, buna və digər məlum səbəblərə görə bu vəzifəyə təyinat gecikir.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər