“Hakim Vaqif Həsənov bayrağı tutaraq and içdi ki, pulu ödəməsəm...”

“Hakim Vaqif Həsənov bayrağı tutaraq and içdi ki, pulu ödəməsəm...” 

Məhkəmə dələduzluqda ittiham edilən 60 yaşlı qadın barəsində hökm çıxarıb.

Onun barəsində azadlığın məhdudlaşdırılması barədə hökm çıxarılsa da həbs edilmək ehtimalı var.

 

60 yaşlı Bəsdi Qasımova Abşeron rayon məhkəməsinin 2021-ci ilin oktyabrında çıxardığı hökmlə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 1 il 2 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

 

İttihama görə, Bəsdi Qasımova ekstrasens olub və zərərçəkmiş iki nəfərdən ekstrasensliyi ilə bağlı pul alıb. Onun Solmaz Əliyevadan 10.200 manat, Günel Malışovadan isə 2.000 manat pul aldığı bildirilir.

 

Lakin B.Qasımova deyir ki, ekstrasens kimi 20 manat alıb. O, yuxarıda qeyd edilən qədər pulu almadığını söyləyir. Bildirir ki, hər iki şəxs falları düzgün çıxmadığı üçün ondan şikayətçi olub. Zərərçəkmişlər isə aldadıldıqlarını deyir.

 

Məhkəmə B.Qasımovanın yaşını da nəzərə alaraq onu həbs etməyib. Amma mülki iddialar təmin edilib. İndi Bəsdi Qasımova məhkəmə qərarı ilə aldığı təqaüdün 50 faizini zərərçəkmişlərə ödəyir. Amma zərərçəkmişlər və icra məmuru bununla razılaşmır.

 

“Dəfələrlə Ədliyyə nazirliyi, İcra şöbəsi, eləcə də, Abşeron məhkəməsinin hakimi Vaqif Həsənova rəsmi məktubla müraciət edərək bildirmişəm ki, 60 yaşım var, Ağdamdan məcburi köçkünəm, həmçinin ağır şəkərli diabet xəstəliyindən əziyyət çəkirəm. Hökmdə qeyd edilən məbləğləri mülki iddiaçılara ödəməyə nə şəxsi vəsaitim, maddi imkanım, nə də əmlakım yoxdur. Lakin hökmə tabe oluram, hökmün tələbindən yayınmıram və imkanım yol verdiyi həddə ödəyəcəm. Bununla əlaqədar, 300, 100, 90 manat olmaqla aylıq imkanım çatan qədər ödəniş etmişəm və qəbzlər də var. Yeganə gəlirim pensiyamdır -180 manat, onun da 50 faizini ödəyirəm və qəbzləri var. Bu da mənim ödənişdən qəsdən yayınmamağımı sübut edir. Buna baxmayaraq, bəlkə 20 dəfə icraçı Qəribağa Mirhəşimov məni şöbəyə dəvət edib hədələyib ki, pulun hamısını birdəfəlik verim, yoxsa məni həbs edəcək. Məgər onun 61 yaşlı qadından həbs hədəsi ilə ödəniş tələb etməyə ixtiyarı varmı? Bütün çağırışlara getmişəm. Kameralardan baxa bilərlər. Ancaq Qəribağa Mirhəşimov yazıb ki, çağırışlara gəlmirəm”,- deyə Bəsdi Qasımova şikayətində bildirib.

 

İcra məmuru Qəribağa Mirhəşimov çağırışlara məhəl qoymaması iddiası ilə Bəsdi Bağırova barəsində İnzibati xəta məcəlləsinin 528-ci maddəsilə protokol tərtib edib və məhkəməyə göndərib.

 

“Hakim Vaqif Həsənov məhkəmə zalında bayrağı tutaraq and içdi ki, növbəti iclasa qədər qarşı tərəfə 5000 manat ödəməsəm, məni həbs edəcək”,- deyə B.Qasımova əlavə edib./Musavat.com

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər