“Hamı bizdən alçaldıcı güzəşt tələb edir…” – Paşinyandan maraqlı açıqlama
“Qarabağ probleminin həlli üçün hamı Ermənistandan birtərəfli, mahiyyətinə görə alçaldıcı güzəştlərə getməyi gözləyir.
Əvvəlki hakimiyyətin apardığı siyasətdən bizə bu miras qalıb”.
Strateq.az bildirir ki, bu sözləri Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyan televiziyada dünənki seçki debatı zamanı bildirib. Debat zamanı namizədlər Qarabağla bağlı siyasəti müzakirə ediblər. N.Paşinyan yenidən əvvəl səsləndirdiyi tezisləri təkrarlayıb. O bildirib ki, Ermənistanı hər hansı bir güzəştə görə məsuliyyət daşıyan tərəf hesab etmək lazım deyil: “Bəs kimsə heç maraqlanıb ki, Azərbaycan qarşılıqlı güzəştlərə hazırdır, yoxsa yox? Azərbaycana belə sual vermirlərsə, bizə də bu ünvanlanmamalıdır”.
Paşinyan bir daha deyib ki, Dağlıq Qarabağ danışıqlara tərəf kimi qatılmalıdır: “Bu məsələni isə yalnız Ermənistan və Azərbaycan xalqları həll edə bilər”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın