Havadakı pis qoxunun səbəbi bəlli oldu-

Havadakı pis qoxunun səbəbi bəlli oldu- Həyətində qurumuş ağac kəsənə cərimə yazılır,Bakı Neft Emalı Zavoduna isə xəbərdarlıq olunur

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt"inə Xətai və Nərimanov rayonları ərazisində havaya kəskin iy-qoxunun yayılması barədə şikayət daxil olub.

Nazirliyin Ətraf Mühitin Mühafizəsi və Ətraf Mühit üzrə Milli Monitorinq departamentlərinin mütəxəssisləri yerində araşdırma və monitorinq aparıblar.

Nazirliyin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, aparılan təhlillər zamanı havadakı iy-qoxunun Bakı Neft Emalı Zavodunun Böyük Şor sahəsindəki qurğuların ətrafında daha çox yayıldığı müşahidə edilib. Nazirliyin mütəxəssisləri avqustun 31-də və sentyabrın 1-də zavodun ətraf ərazilərində monitorinq keçirib, atmosfer havasından ayrı-ayrı saatlarda 3 dəfə nümunələr götürüblər. Analizlər nəticəsində havada etil-benzol, meta-ksilol, orto-ksilol, hidrogen sulfid kimi kimyəvi maddələrin yol verilən qatılıq həddindən çox olduğu müəyyənləşib.

Araşdırma zamanı məlum olub ki, iy-qoxu zavodun Böyük Şor 1 saylı xam neftin qəbulu sahəsində 202-305 saylı qurğulardan gələn 500 millimetrlik boru xəttinin müəssisədə aparılan ümumi rekonstruksiya işləri çərçivəsində dəyişdirilməsi zamanı havaya yayılıb.

Bu cür halların təkrar olunmaması və rekonstruksiya işləri zamanı çirklənmənin qarşısının alınması məqsədilə əvvəlcədən nazirlik ilə razılaşdırılmış tədbirlərin həyata keçirilməsinin zəruriliyi barədə zavodun rəhbərliyinə xəbərdarlıq olunub və icrası məcburi olan "məcburi göstəriş" verilib.

Faktinfo.az  məlumat üçün bildirir ki,Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları rayonlarda həyətində qurumuş ağacı kəsən şəxsə 2000 min manat cərimə yazır.Amma, dəfələrlə paytaxt Bakıda atmosferi çirkləndirən, kəskin iy- qoxu ilə şəhər sakinlərini,turistləri narahat edən Bakı Neft Emalı Zavoduna xəbərdarlıq edir. Yəni, güzəşt edilir.Görəsən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi  bu səxavəti kimin üçün sərgiləyir.Düşündürücüdür deyilmi?

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər