Havalar soyudu,balıq mövsümü başladı-

Havalar soyudu,balıq mövsümü başladı- Alıcılar hansı balığa üstünlük verir?

Azərbaycanda balıq və balıq məhsullarının qiyməti qalxıb.

Faktinfo.az xəbər verir ki, bu barədə AzNews.az-a Salyan rayon bazarından məlumat verilib. Satıcılar bunun səbəbini balıq mövsümünün başlaması ilə əlaqələndiriblər.

“Havalar soyuyan kimi bazarda balıq satışına başlanılır. Hazırda bazarda 3 növ – çəki, belamor və "tolstolobik" balıqları satılır. Çəki balıqlarının 1 kiloqramı 5-6 manat arasındadır. Bunlar süni balıqlardır, göllərdə saxlanılır”.

Sakinlər deyirlər ki, alıcılar daha çox Kür balıqlarına üstünlük verirlər: “Ancaq Kür balığı tapmaq çətindir. Göldə saxlanılan balıqlara da tələbat azdır”.

Sakinlər qızıl balığın, nərə balıqlarının mağazalarda satış qiymətlərini də açıqlayıblar: “Qızıl balığın qiyməti 25, nərə balığının isə 35-40 manat arasındadır”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər