"Həbsdən çıxardığım adam məni həbsə saldırdı" - Elçin Sadıqov
Bu gün Bakı Apellyasiya Məhkəməsindən ev dustaqlığına buraxılan vəkil Elçin Sadıqov bəzi məsələlərə aydınlıq gətirib.
AzPolitika xəbər verir ki, Elçin Sadıqov dost hesab etdiyi insanların şər-böhtanlarına məruz qalmağının ona çox ağır gəldiyini deyib:
"Həbsdən çıxardığım insan mənim əleyhimə fəaliyyət göstərirdi - konkret şəkildə Eynulla Fətullayev. Bu mənə çox ağır gəlirdi. Məni müdafiə etdiyim işlərin qisasını almaq üçün həbs etmişdilər. Eynulla Fətullayevin dedikləri cəfəngiyyatdır. İstintaq yekunlaşandan sonra hər şey aydınlaşacaq".
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın