Həkim 118 seksual təcavüzdə ittiham edilir
The Guardian qəzeti xəbər verir ki, Londan xəstəxanalarının birində fəaliyyət göstərən 47 yaşlı Maniş Şah adlı həkim öz pasientlərinə qarşı 118 dəfə seksual təcavüz etməkdə günahlandırılır.
Faktinfo.az xəbər verir ki, bu barədə informasiya Scotland Yardın apardığı uzun müddətli araşdırmadan sonra yayılmağa başlayıb.
Hadisələrin 2004-2013-cü illər arasında 54 müxtəlif qurban ətrafında baş verdiyi bildirilir. Həkim 2013-cü ildən etibarən bir neçə dəfə istintaqa cəlb olunub. Onun 31 avqust tarixində məhkəmə qarşısına çıxarılacağı bildirilir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın