"Həmin teatrın fəaliyyəti bu cür əxlaqsız, tərbiyəsiz işlərdən ibarətdir"- Xalq artisti

"Həmin teatrın fəaliyyəti bu cür əxlaqsız, tərbiyəsiz işlərdən ibarətdir"- Xalq artisti 

“Aidiyyatı qurumlar “+18” sərgisinin təşkilatçıları barəsində çiddi ölçü götürməlidirlər.”

Faktinfo.az  xəbər verir ki, bunu Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Məlik Azərbaycan Uşaqlar Birliyi sədri Kamalə Ağazadənin Bakıda keçirilən qız kuklalarından ibarət “+18” sərgisinin təşkilatçılarının cəzalandırılmasına dəstək verdiyini deyib.

Sənətkar onların bu addımını Azərbaycan gəncliyinin tərbiyyəsinə qarşı yönələn təxribat hesab edir:

Bu sərgini təşkil edən ADO teatrının fəaliyyəti bu cür əxlaqsız, tərbiyəsiz işlərdən ibarətdir. Onların bu hərəkəti Azərbaycan gəncliyinin tərbiyyəsinə, əxlaqına, mənəviyyatına yönələn təxribatdır.”

Mayın 15-də qız kuklalarının oyuncaqlarından ibarət “+18” sərgisi keçirilib. Sərginin keçirilməsi cəmiyyətdə böyük narazılığa səbəb olub. Məhz bu üzdən də Azərbaycan Uşaqlar Birliyi sərginin təşkilatçılarının cəzalanmasını tələb edir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər