Həyət və məhəllələrdə vaxtaşırı təmizlik-abadlıq işləri aparılarsa

Həyət və məhəllələrdə vaxtaşırı təmizlik-abadlıq işləri aparılarsa ...

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun göstərişinə əsasən yay mövsümünün başlanması və paytaxtımıza çoxsaylı qonaqların və xarici turistlərin gəlişinin gözlənilməsi ilə əlaqədar şənbə günü, iyun ayının 10-da Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda növbəti ümumşəhər daxili iməcliyinin keçirilməsi baş tutdu. İməclik zamanı şəhərin prospekt və küçələrində, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri görüldü.


Faktinfo.az xəbər verir ki,bu təqdirə layiq təşəbbüs Bakı şəhər sakinləri tərəfindən məmmunluqla qarşılandı.Eldar Əzizovun məhəllələri,yol kənarlarını,aidiyyatı yeləri tullantılardan təmizlətdirməsinə verdiyi göstəriş  kifayət qədər önəm daşıdı.Sanki Bakı şəhərinə yeni bir nəfəs verildi.


Bir çox məhəllələrdə aylarla yığılıb qalan tullantıların götürülməsi yay mövsümünə edilən keçidin təzahürü kimi qiymətləndirilsə də,bunun davamlı xarakter alması da səsləndirildi.Həmçinin,Bakı şəhərində ekoloji tarazlığın qorunması üçün ictimai rəydə təbliğat,marifləndirmə işlərinin aparılmasının gərəkli olduğu məqsədə uyğun hesab edildi.

Başa düşüləndir ki,Bakı şəhərində küləyin sürəti saniyyədə 10 metr olduğu təqdirdə istənilən təmiz ərazilər çirkli sahələr üzərindən kirlənir.Bu kimi hallar isə paytaxta gələn çoxsaylı qonaqlarda,turistlərdə müsbət fikir yaratmır.O səbəbdən də uyğundur ki, xüsusilə həyət və məhəllələrdə vaxtaşırı təmizlik-abadlıq işləri aparılsın.

 Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər