Hikmət Mirzəyevin evinin qarət olunması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA

Hikmət Mirzəyevin evinin qarət olunması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA 

Daxili İşlər Nazirliyi Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin evinin qarət olunması xəbəri ilə bağlı açıqlama yayıb.

Bu barədə DİN mətbuat xidmətinin rəisi Elşad Hacıyev  bildirib: 

“Sosial şəbəkələrdə Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyevin Abşeron rayonunda yerləşən evindən oğurluq edilməsi ilə bağlı iddialar yayılıb. Abşeron Rayon Polis İdarəsinə bununla bağlı hər hansı məlumat, müraciət daxil olmayıb. İddialar əsassızdır, həqiqəti əks etdirmir”.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi