Hitler 2-ci dünya müharibəsindən sonra Amerikada yaşayıb - Fakt
CİA-nın müxbirinin sözlərinə görə, Hitler 1945-ci ilin aprelində ölməyib.
Faktinfo.az xarici KİV-lərə istinadən xəbər verir ki, Mərkəzi Kəşfiyyat Agentliyinin müxbiri 1955-ci ildə Adolf Hitlerin Cənubi Amerikada gizləndiyini bildirib. Əlavə olaraq, agentliyin sənədlərinə istinadən onun 1945-ci ilin aprelində intihar etmədiyi açıqlayıb. Məlumata görə, Filip Sitroen müharibədən sonra 1955-ci ildə Kolumbiyada Hitler ilə görüşüb və bu isə Hitlerin intihar etdiyi deyilən tarixdən 10 il sonraya təsadüf edir.
Sitroen həmçinin 1954-cü ildə Tunka şəhərində buna dair bir şəkil də çəkdirdiyini iddia edib. Bundan başqa, Hitler 1955-ci ilin yanvarında Kolumbiyanı tərk edərək Argentinaya gedib.
Qeyd edək ki, Hitler həyat yoldaşı Eva Braunla birlikdə 30 aprel 1945-ci ildə bunkerlərin birində intihar edib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın