Hulusi Akardan Vaşinqtona açıq mesaj:"Əgər ABŞ F-35-ləri satmasa, B planı işə düşəcək"
Türkiyənin Milli müdafiə naziri Hulusi Akar Rusiyadan alınacaq S-400-lərə görə ABŞ-ın F-35 qırıcılarının satışını dayandıracağı ilə bağlı qeyri-müəyyənliyə aydınlıq gətirb.
“TRT haber” xəbər verir ki. o, gündəmdə belə bir məsələnin varlığını etiraf etsə də, ortada hansısa qərarın olmadığını bildirib: “Hələki ABŞ-da 4 pilotumuz təlim keçir, yaxın günlərdə 2 pilot da göndəriləcək. Bizə F-35-lərlə bağlı əmin heç nə deyiməyib. Proses gedir”.
Akar deyib ki, F-35-lərlə bağlı problem yaranarsa, digər variantları nəzərdən keçiriləcək: “Bizim qısa, orta və uzun müddətli B planlarımız da var”.
Türkiyə mətbuatı isə yazır ki, Rusiyadan alınacaq S-400-lər ölkənin cənub və qərbində quraşdırılacaq.
Məlumata əsasən, bu komplekslər Türkiyənin qərbində, Egey dənizi sahilləri boyunca yerləşən vilayətlərdə, həmçinin Suriya ilə sərhəddə, Hatay vilayətində quraşdırılacaq./Strateq.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın