Hüseyn Abdullayevin ölüm aclığına başladığı barədə xəbər yayıldı –Vəkil açıqlama verdi
Ötən ilin əvvəlində Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən sabiq deputat Hüseyn Abdullayev ölüm aclığına başlayıb.
Bu haqda “Yeni Müsavat”qəzeti məlumat yayıb. Qəzetə daxil olan xəbərdə deyilir ki, Hüseyn Abdullayev beynəlxalq təşkilatlardan Azərbaycan hökümətinə daxil olan sorğulara doğru olmayan cavabların verildiyini iddia edir və buna etiraz olaraq aclıq aksiyası keçirir.
“Yeni Müsavat” əməkdaşı məsələ ilə bağlı Penitensiar Xidmətin Mətbuat Xidmətinin rəhbəri Mehman Sadıqovla əlaqə saxlayıb. Xidmət rəhbəri təmsil etdiyi quruma belə bir məlumat daxil olmadığını bildirib. Hüseyn Abdullayevin vəkili Ruhid Əkbərov müvəkkilinin aclıq elan etməsi ilə bağlı sualı “mən məlumat verə bilməyəcəyəm” deyə cavablandırıb.
Hüseyn Abdullayev hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.
Qeyd edək ki, Hüseyn Abdullayev aprelin 22-də Türkiyədə saxlanaraq Azərbaycana gətirilib. Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətləri onun həbsi ilə bağlı birgə məlumat yayıb. Sabiq deputat Cinayət Məcəlləsinin bir neçə maddələri üzrə ittiham olunur.
Bu xəbər üçün şərh yazın