Hüseyn Cavidin “Ana” pyesi forma, məzmun, ideya baxımından olduqca qiymətlidir -Həcər Atakişiyevanın çıxarışı
Hüseyn Abdulla oğlu Rasizadə Naxçıvan şəhərində 1882-ci il oktyabr ayının 24-də anadan olmuşdur. Hüseyn Rasizadə Azərbaycan ədəbiyyatı tarixində filosof şair, böyük dramaturq Hüseyn Cavid kimi tanınmışdır.
Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixində romantizm ədəbi cərəyanın ən qüdrətli sənətkarlarından biridir. Ədib 1909-cu ildən “Cavid” ədəbi təxəllüsü ilə yazmağa başlamışdır. Hüseyn Cavidin dramaturji yaradıcılığı olduqca zəngindir. Ədib ilk dram əsəri olan “Ana” pyesini 1910-cu ildə yazmışdır. Dramaturqun pyesi Tiflisdə 1913-cü ildə nəşr olunmuşdur. “Ana” pyesi ədibə böyük şöhrət qazandırmışdır. Əsərin mövzusu orta əsr italyan novellasından götürülmüşdür. Hüseyn Cavid pyesi Azərbaycan milli təfəkkürünə, mentalitetinə uyğunlaşdırmışdır. Əsərin hər cümləsində Hüseyn Cavid qələminin izi duyulur. “Ana” pyesini Hüseyn Cavid yaradıcılığının zirvəsi hesab etmək çox doğru olar. Hüseyn Cavidin həyatının mənalı, ləyaqətli, azad, xoşbəxt olması onun yaradıcılığına birbaşa təsir etmişdir.
Ədibin yüksək savadı onun dramaturgiyasının inkişafında və milli teatrımıza xidmətinin artmasında mühüm rol oynamışdır. Ədibin “Ana” pyesində onun fəlsəfi, tarixi, humanist dünyagörüşünün şahidi oluruq. “Ana” əsərində hadisələr Dağıstanda baş verir. Hüseyn Cavidin yaradıcılığının zirvəsi olan “Ana” pyesi analıq adını hər şeydən uca tutan bir ədibin sənət əsəridir. Əsərdə bir mərd ananın bütün duyğuları ən incə məqamlarına kimi öz əksini tapmışdır. Hüseyn Cavid Səlma ana obrazı ilə ideal ana obrazı yaratmağa nail olmuşdur. Bu mərd qadın bütün insanlığa bir nümunədir. “Ana” pyesindəki Səlma ananın alicənablığı ilə H.Cavid bəşəriyyətə insanlıq dərsi keçmişdir. Hüseyn Cavidin “Ana” pyesi bir pərdəli dram əsəridir. Səlma ana sadə və fəqiranə bir evdə yaşayan, çox böyük ürəyə sahib olan bir qadın idi. Səlma ananın tək narahatlığı varı-yoxu tək bir oğlu idi. Ana üç ay idi ki, oğlundan məktub almırdı.
Hüseyn Cavid gözü yollarda, intizar içində qalan, hər gecə qanlı yuxular görən ananın portretini oxucunun gözləri önündə çox böyük yazıçı ustalığı ilə təqdim edir. Oğlu Qanpoladın nişanlısı İsmətdən kənar düşməsi, hər iki övladının əzab çəkməsi böyük ana ürəyinə dərd-qəm gətirirdi. Hüseyn Cavidin “Ana” pyesindəki İsmət obrazı öz ləyaqətini əsər boyunca qoruyub, saxlaya bilir. O, sona qədər nişanlısı Qanpolada sadiq qalır. O nə qədər solub, qayğı çəksə də, nişanlısı Qanpoladdan bir dəfə də olsa ümidini kəsmir və sona kimi ona sadiqliyini qoruyub, saxlayır. Çox varlı və adlı-sanlı olan Orxanın “İsmət, onun hiç bir mənası yoqdur, O bir boş xəyaldır, səni qorqudur. Yüzük, nişan yalnız gönüldür, gönül! Olma çocuq... Sən gəl bana ver gönül! Yarın atlanıb bu köydən çıqalım, Yigit kimsə, qarşı çıqsın baqalım” sözlərinə qarşı “Artıq yetər, Allah için, çəkil get, hürmətin, izzətin, varın, şöhrətin, əslin, nəcabətin, gücün, qüdrətin həp sənin olsun, get, çəkil get, Orxan! Bən ayrılmam o yoqsul Qanpoladdan. Bütün dünya alt-üst olub dağılsa, ondan başqa sevdiyim yoqdur əsla!” sözlərini deyərək, ədəbiyyatımızda sadiqliyi ilə xüsusi yer tutmuşdur. İsmətin qonşusu xanzadə, zəngin bir cavan olan Orxanı deyil, yoxsul Qanpoladı seçməsi ədibin qadın azadlığına verdiyi dəyərin göstəricisi idi. İsmət Orxanın gücündən əsla qorxur, onun qarşısında mərdi-mərdanə dayanır. Əsərdə Səlma ananın ən dərin sevinc duyğusu oğlundan məktub aldığı səhnədə görünür. Səlma ananın sevinc duyğularını dramaturq “ Yarəb, şükür dərgahına, çoq şükür! Səlma da, aqibət, xoş bir gün görür. (Əlindəki məktuba baqaraq) Gerçək, kim zənn edərdi birdən-birə bir kağız böylə ruhu Qanpolada sadiq qalır. O nə qədər solub, qayğı çəksə də, nişanlısı Qanpoladdan bir dəfə də olsa ümidini kəsmir və sona kimi ona sadiqliyini qoruyub, saxlayır. Çox varlı və adlı-sanlı olan Orxanın “İsmət, onun hiç bir mənası yoqdur, O bir boş xəyaldır, səni qorqudur. Yüzük, nişan yalnız gönüldür, gönül! Olma çocuq... Sən gəl bana ver gönül! Yarın atlanıb bu köydən çıqalım, Yigit kimsə, qarşı çıqsın baqalım” sözlərinə qarşı “Artıq yetər, Allah için, çəkil get, hürmətin, izzətin, varın, şöhrətin, əslin, nəcabətin, gücün, qüdrətin həp sənin olsun, get, çəkil get, Orxan! Bən ayrılmam o yoqsul Qanpoladdan. Bütün dünya alt-üst olub dağılsa, ondan başqa sevdiyim yoxdur əsla!” sözlərini deyərək, ədəbiyyatımızda sadiqliyi ilə xüsusi yer tutmuşdur. İsmətin qonşusu xanzadə, zəngin bir cavan olan Orxanı deyil, yoxsul Qanpoladı seçməsi ədibin qadın azadlığına verdiyi dəyərin göstəricisi idi. İsmət Orxanın gücündən əsla qorxur, onun qarşısında mərdi-mərdanə dayanır. Əsərdə Səlma ananın ən dərin sevinc duyğusu oğlundan məktub aldığı səhnədə görünür. Səlma ananın sevinc duyğularını dramaturq “ Yarəb, şükür dərgahına, çoq şükür! Səlma da, aqibət, xoş bir gün görür. (Əlindəki məktuba baqaraq) Gerçək, kim zənn edərdi birdən-birə bir kağız böylə ruhu şənləndirə. Oğlum Yusif kibi həbsə düşmüşdü; Şükür, qurtulmaq xəbəri yetişdi. Ah, onu yalnız bir də sağ görsəydim; Dünyada olmazdı həsrətim, dərdim” sözləri ilə ifadə edir.
Hüseyn Cavidin “Ana” pyesinin əsas qayəsini ana məhəbbəti, sevgisi, qayğısı, mehribanlığı, mərhəməti, humanizmi təşkil edir. Əsərdə İsmətin qardaşı Səlimin sözləri ilə Səlma ana obrazı tərənnüm olunub, xarakteri oxucuya “Gəzdim, dolaşdım, uğradım hər elə, Bən böylə bir qadın görmədim hələ. Böyüklükdə, mərhəmətdə seçilmiş, Alicənablıq boyuna biçilmiş. Söz yoq, böylə qəlbi geniş qadından doğar Qanpolad kibi bir qəhrəman” belə çatdırılır. Bu böyük ürəyə sahib olan ananın məhəbbəti, sevgisi, qayğısı, mehribanlığı, mərhəməti, humanizmi tək oğlunun qatilini köməksiz, çarəsiz gördüyü zaman imtahana çəkilir. Səlma ana bu çətin vəziyyət qarşısında qalanda ona sığınmış çarəsiz oğlunun qatili Muradı öz evində gizlədir. Ona pənah gətirən qəribi evindən qovmur, onun qoruyucusu olur. Səlma ana qonağını nəyin bahasına olursa olsun amanda saxlayır. O, böyük qəlbli ana qərib, həm kimsəsiz, həm də köməksiz olan Muradı ələ vermir. Ana onun xain, qatil, miskin, rəzil olduğunu çox yaxşı bilirdi, lakin bu xarakterli adamın tək çarəsi, pənahı özü idi. Səlma ana oğlu Qanpoladın qəddar, alçaq bir cəllad əli ilə öldürüldüyünü biləndə belə çox böyük ucalıq göstərir. Hüseyn Cavid “Ana” pyesində Səlma ananın sözləri, hərəkəti ilə cəmiyyətə humanizm, sevgi, məhəbbət hislərini aşılayır. Ədib göstərir ki, insan övladı mənəviyyatca o qədər yüksələ bilər ki, hətta öz övladının qatilini belə bağışlaya bilər. Səlma ana “Yüzlərcə öylə miskin parçalansa, bir tükünə dəyməz oğlumun əsla!” bunu dərk edirdi və bu həqiqət onu müdrikləşdirirdi.
Səlma ananın ucalığı onda ki, o, oğlu Qanpoladı yaralanmış olduğu halda qanlar içində görəndən sonra belə intiqam almır. Ana yaxşı bilirdi ki, gərək xainlər həddini bilsin, namərdlərin izi yer yüzündən kəsilsin, haqsız yerə tökülən qanların intiqamı alınsın. Lakin o bunların heç birini etmədi. Onun ana ürəyi nə qədər alavlanıb, yansa da, oğlunun son nəfəsini görsə də, yenə də, öz qayəsindən dönmədi. Yenidən qan axıdılıb, can alınmasına icazə vermədi. Hüseyn Cavidin “Ana” pyesinin ən təsirli səhnələrindən biri də, iki aşiqin bir-birindən nakam ayrılması səhnəsidir. Qanpoladı qanlar içində görən İsmət hönkür-hönkür ağlayaraq, Qanpoladı qucaqlayıb, qanlı göz yaşları tökür. Vəfalı İsmət Qanpoladın nakam ölməsinə dözə bilməyib, özünü xəncər ilə öldürmək istəyəndə, Səlma ana ona icazə vermir. Hər ikisi ancaq cənazəni qucaqlayıb, ağlaya bilirlər. Qalan ömürlərini Qanpoladın həsrəti ilə yaşamağa hər ikisi məhkum olurlar. Hüseyn Cavidin “Ana” pyesinin baş qəhrəmanı olan Səlma ana namərd qonağı şiddətli hıçqırıqlar içində boğularaq bağışlamışdı. O xain qonağı ki, oğlunun köksünü yarıb, ona pənah gətirmişdi. Ədib Səlma ananın “Qonaq qardaş, dur!
Təlaş etmə sən, qorqma, bir zərər gəlməz sana bəndən. Amandasın; hiç qorqma, hiç sıqılma! Çünki bən əvvəldən söz verdim sana. Sən bir qonaqsın, qatil olsan belə, Səlma həlak olur da, verməz ələ” sözləri ilə bir ananın necə uca bir könülə, böyük bir qəlbə sahib olduğunu göstərmişdir. Səlma ananın qarşısını kəsən qatil Muradın qərib və mültəci olması idi. Məhz bu amillərə görə Səlma ana qatilin onun evindən sağ qurtulub getməsi üçün əlindən gələn hər şeyi edir. Çarəsiz Səlma ana ancaq ki, qatil Muradın getdiyi tərəfə doğru hiddətli və həyəcanlı bir səslə “Get, namərd qonaq, get! Alçaq mültəci! Get, miskin hərif, get! Cəllad, yırtıcı! Get, vicdansız! Kəndini qurtar, yaşa! Ancaq vicdansızları bəslər dünya! Get, gözüm görməsin! Uzaqlaş, dəf ol! Nə haqsızlıq etdinsə Allahdan bul! Get, çəkil get! Dinsiz, Allahsız xain! Murdar izin bu topraqdan silinsin! Oğlumu söndürdün, yandırdın bəni, get, kamə irdirməsin Allah səni!” sözlərini deyə bilir. Ədibin “Ana” pyesi nakam oğlunun cənazəsini qucaqlayaraq şiddətli və yandıcı hıçqırıqlar içində boğulub düşən bir ananın təsviri ilə bitir. Azərbaycan romantik dramaturgiyasının görkəmli nümayəndəsi olan Hüseyn Cavidin “Ana” pyesi forma, məzmun, ideya baxımından Azərbaycan və dünya ədəbiyyatı üçün olduqca qiymətlidir və xüsusi mövqeyə malikdir.
Bu xəbər üçün şərh yazın