İçməli suyun qiyməti 2 il fərqi ilə bir daha qaldırılır?

İçməli suyun qiyməti 2 il fərqi ilə bir daha qaldırılır? -"Azərsu"dan açıqlama

"Bu gün suyun 1000 kubunun qiyməti dövlətə 70-80 manata başa gəlir".

Bunu Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda keçirilən brifinqdə deyib.

O bildirib ki, lakin sudan istifadə birliklərinə 1000 kubu 50 qəpiyə satılır:

“Onlar da xərclərinə uyğun olaraq müəyyən qədər vəsaiti üzərinə gəlməklə istifadəçilərə təqdim edirlər”.

“Azərsu ASC”nin sədr müavini Etibar Məmmədov isə deyib ki, əhaliyə içməli su maya dəyərindən aşağı satılır:

"Tariflər normal olsa, “Azərsu” ASC daha rentabelli fəaliyyət göstərə bilər. Tariflərin gələcəkdə artırılması üçün biz də təşəbbüslə çıxış etmək istəyirik. İnkişaf etmiş ölkələrin heç birində və postsovet ölkələrinin heç birində bu tariflə su satılmır. Suyun qiymətinin artması bizim istəyimizdən asılı deyil. Lakin dövlət nə qərar qəbul edəcəksə, ona uyğun addım atılacaq. Əldə olunan vəsait şəbəkələrin yenilənməsinə sərf olunur".

Faktinfo.az xatırladır ki,1 kub içməli suyun qiyməti 2020-ci il fevralın 1-nə 35 qəpik olub.Kanalizasiya xidmətlərinə görə isə əhali  15 qəpik ödəyib.2020-ci il fevral ayının birindən qiymət qaldırılıb.Tarif Şurasının qərarına əsasən 1 kub içməli suyun qiyməti 70 qəpik,kanalizasiya xidmətlərinə görə isə 30 qəpik müəyyənləşdirilib.Bu 50 faizlik artımdan sonra xidmət ümumiləşdirildi və əhali 1 kub içməli su üçün 1 manat ödəməyə başladı.Belə anlaşılır ki,içməli suyun qiymətini yenə də qaldıracaqlar və artımın adını da həmişəki kimi "şəbəkələrin yenilənməsinə sərf olunur," qoyacaqlar.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər