İcra başçısı birinci müavin və baş memarı işdən çıxardı
Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ceyhun Həsənov və Baş memar Rüstəm Mehdiyev vəzifədən azad ediliblər.
Bu barədə icra başçısı Məhərrəm Quliyev əmr imzalayıb.
Hər iki vəzifəyə hələlik təyinat yoxdur.
Qeyd edək ki, C.Həsənov karyerası ərzində Goranboy Rayon İcra Hakimiyyətində ikinci dəfə idi ki, birinci müavin postunu tuturdu.
Hazırda həbsdə olan Nizaməddin Quliyev Goranboy rayonuna icra başçısı təyin edilən zaman -2009-cu ildə eks birinci müavini vəzifədən azad etmişdi.
Ceyhun Həsənov ikinci dəfə 2019-cu ilin iyununda birinci müavin vəzifəsinə təyin olunmuşdu.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın