İcra başçısı Ceyhun Cəfərovun fəaliyyəti maneə və əngəldir- Kürdəmirli iş adamından icra başçısına ittiham
İlham Əliyevin rayon-şəhər icra hakimiyyəti başçılarına “əhaliyə xidmət edin”, “sahibkarları incitməyin” çağırışı Kürdəmirin rəhbəri üçün keçərsizdir.
Əgər belə olmasaydı, icra başçısı Ceyhun Cəfərov İlham Əliyevin açılışını etdiyi zavodu susuz qoymazdı.
Faktinfo.az bildirir ki,bu barədə Gununsesi.org-a adıçəkilən rayondan daxil olan bir məlumatda deyilir.
Ümumulikdə 1000 nəfər vətəndaşın çalışdığı “QELİOS” MMC xeyli müddətdir ki, icra başçısının təzyiqləri altında fəaliyyət göstərir.
Halbuki, bu MMC-nin sahibi olan iş adamı Zöhrab Qəribov rayonda həm də xeyriyyəçi kimi tanınıb.
Belə ki, onun koronavirus pandemiyası ilə mübarizədə dövlətin yanında olmasını fakt kimi göstərmək olar.
Kürdəmirli iş adamı Zöhrab Qəribovun sahibi olduğu “Qelios” MMC-nin Kürdəmir spirt emalı zavodu Koronavirusla Mübarizəyə Dəstək Fonduna hər birinin tutumu 500 milliqram olan 10 min qab spirt ianə edib.
Hazırda fonda 100 qramlıq daha 10 min ədəd sprey spirtin verilməsi üçün hazırlıq işləri aparılır.
Gununsesi.org-un əməkdaşı Zöhrab Qəribovun özü ilə söhbətində onun fəaliyyətinə yaradılan əngəllərdən də danışıb.
Zöhrab Qəribovun sözlərinə görə, icra başçısı onun müəssisəsini susuz qoymaqla fəaliyyətini dayandırmağa məcbur edir: “Təsəvvür edin ki, gün ərzində 500-1000 min ton suya tələbatımız var. Nə qədər maşınlarla su daşımaq olar. Deyirlər ki, guya su yoxdur. Amma belə deyil, suyu istədikləri adamlara verirlər. Dərk etmirlər ki, burada yerli əhali çalışır.
Onun təzyiqi, maneçiliyi tək bununla bitmir. Sahələrdə biyan toplayan insanları polisı apartıdırır, qarşısını kəsdirir.
İşimizin ağır şəraitdə olmasına baxmayaraq, bu ağır gündə dövlətin yanındayıq. Bütün xəstəxanaları spirtlə təmin etmişəm. Yüzlərlə ailəyə ərzaq yardımları göndərmişik. Eyni şeyi qonşu Göyçayla da bağlı etmişəm”.
İş adamı deyir ki, indiyədək icra başçısının nə istəyi olubsa, əməl edib: “200 mindən baha dəyəri olan özəl torpaq sahəm vardı. İcra başçısı dedi ki, YAP-a bina tikiləcək. Mən o, sahəni hədiyyə elədim. Çünki, bu dövlətin əsgəriyəm. Bundan başqa bayraq meydanı tikirdi. 120 min manatlıq beton, armatur verdim”.
Zöhrab Qəribov sonda media vastiəsi ilə aidiyyatı dövlət orqanlarına üz tutaraq, Kürdəmirdəki vəziyyətə diqqət göstərmələrini xahiş edib.
Mövzuya qayıdacağıq.
Bu xəbər üçün şərh yazın