Qazaxın icra başçısı "Qırmızı kitab"a düşən ağacları KƏSDİRİR

Qazaxın icra başçısı "Qırmızı kitab"a düşən ağacları KƏSDİRİR 

Qazax rayonunun mərkəzinə abadlaşma üçün ayrılan vəsaitlə,görülən iş uyğunluq təşkil etmir.Rayonda olan istənilən şəxs Qazax rayonunun mərkəzini gəzməklə bunu müşahidə edə bilər.Abadlıq üçün son 7 ildə rayona ayrılan vəsaitin təftişinə ehtiyac duyulur.Bunu rayonda hər kəs danışır.Azərbaycanın aparıcı rayonlarından hesab edilən Qazaxın bu vəziyyətdə olması təəssüf doğurur.

Bundan başqa Qazax rayonunda "Qırmızı kitab"a düşən, kəsilməsi qadağan olunan şam və çinar ağaçları da kütləvi şəkildə məhv edilib.Məqsəd ticarət şəbəkəsi üçün ərazi satışına hazırlıq işləridir.Bunu artıq rayonda müəyyənləşdirməyən yoxdur.

Faktinfo.az xəbər verir ki,bu barədə Hurriyyet.az yazıb. Saytın məlumatına görə,rayonun icra hakimiyyətinin göstərişi ilə Qazaxda Əliağa Şıxlinski küçəsində 56 ağac (şam və çinar) kəsilib.

Ağaclar məhv edildikdən sonra həmin ərazi yararsız sahə kimi satışa çıxarılıb.

Şikayətçilərin sayta bildirdiyinə görə ağacların suvarılması üçün həmin ərazidə kiçik arx olub. Ancaq rayon icra başçısı Rəcəb Babaşovun göstərişi ilə həmin arxa suyun verilməsi illərdir dayandırılıb.

Bununla da susuz qalan ağacların qurumasına və qurumuş ağac adı ilə şam və çinarların məhvinə nail olunur. Kəsilən ağaclar şəhər icra nümayəndəliyinin  göstərişindən sonra yük maşınları vasitəsi ilə ərazidən daşınır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər