Başçı köməkçisinin törətdiyi qəzanı gizlədib? – DİN
Noyabrın 27-də Goranboy rayon Polis Şöbəsinə rayonun Qaradağlı kənd sakini, 15 yaşlı H. Əliyevin hər iki ayağının sınığı xəsarəti alaraq Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilməsi barədə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov APA.az-a bildirib ki, məlumatla əlaqədar polis əməkdaşları dərhal azyaşlını ziyarət ediblər. H. Əliyev və valideynləri izahatlarında kənd ərazisində yıxıldığını bildirib: “Sosial şəbəkələrdə yayılan iddialar ilə bağlı araşdırmalar başlanılıb nəticəsi barədə əlavə məlumat veriləcək”.
Qeyd edək ki, sosial şəbəkədə Goranboy rayonun icra başçısı Məhərrəm Quliyevin köməkçisi Ülvi Əliyevin bir neçə gün öncə həmkəndlisi olan yeniyetməni maşınla vurduğu bildirilib. Məlumata görə, yeniyetmənin hər iki ayağı sınıb.
Baş verən hadisənin icra başçısı Məhərrəm Quliyevin istəyi ilə gizli saxlanıldığı da iddialar sırasındadır.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın