İcra başçısı nəyə görə narahatdır? - Oğlunun əməlləri onu narahat etməyə başlayıb...

İcra başçısı nəyə görə narahatdır? - Oğlunun əməlləri onu narahat etməyə başlayıb... 

İmişlinin icra başçısından həm yerli camaat, həm də rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər narazıdırlar.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevinfəaliyyətindəki qanun pozuntuları, onun işində yol verdiyi nöqsanlar bütünsərhədləri aşıb. Son günlər adı mütəmadi olaraq ölkə mətbuatının gündəminəgəlməyə başlayan icra başçısının barəsində bir-birinin ardınca sensasioniddialar yayılmaqdadır. Mətbuat üzərindən apardığımız araşdırmalar göstərir ki,İmişlinin icra başçısından həm yerli camaat, həm də rayonda sahibkarlıqfəaliyyəti ilə məşğul olan şəxslər narazıdırlar. Məsələn, bir müddət əvvəlVilyam Hacıyevlə “Neftçi”nin sabiq futbolçusu Maşallah Əhmədov arasında 2milyonluq borc qalmaqalı haqda xəbər yayıldı.Məlumata görə, M.Əhmədov idmandanayrıldıqdan sonra özünə kiçik bir MMC qurub. Daha sonra isə tanışları vəillərdən bəri qazandığı dostları sayəsində onu böyütməyə başlayıb. Və nəhayət,rayonlarda həyata keçirilən abadlıq və quruculuq işlərinə qoşulub. Keçiriləntenderlərdən bir neçəsinin qalibi olub. M.Əhmədovla Vilyam Hacıyevin yollarıilk dəfə Göygöl (keçmiş Xanlar) rayonunda kəsişib. Həmin vaxt sözügedən rayonunicra başçısı olan Vilyam Hacıyev məşhur futbolçunu bəzi tikinti işlərinə cəlbedib.

 Dövlət büdcəsindən bu məqsədlə ayrılmış vəsaitin bir qisminiverərək yerdə qalanını da ödəyəcəyini vəd edib. Amma bu anlaşmadan qısa müddətsonra Vilyam Hacıyev Samux rayonuna icra başçısı göndərilib. Və MaşallahƏhmədov bu rayonda da tikinti işləri üzrə tenderlərə qatılıb. Orda da bir xeyliişlər görüb və bunun üçün ayrılmış pulların bir qismini ala bilib. Yerdə qalanvəsaiti isə öz cibindən xərcləməli olub. Xəbərdə iddia edilir ki, Samuxda icrabaşçısı ilə tanınmış futbolçu arasında narazılıq yaransa da, birinci prosesiuzatmaqla onu sakitləşdirməyə nail olub. İmişli rayonunda görülən işlərə dəcəlb edilən Maşallah Əhmədov isə tamamilə müflis vəziyyətinə düşüb.Hətta onunaldığı borcları qaytara bilmədiyi də verilən informasiyalar sırasındadır. 

Məlumata görə, İmişli rayonu da daxil olmaqla, digər rayonlarda görülənişlərə görə Vilyam Hacıyevin M.Əhmədova olan ümumi borcu təqribən 2 milyonmanat civarındadır. Dəfələrlə tərəflər arasında bununla bağlı söhbət olsa da,icra başçısı pulları qaytaracağı vədi ilə onu inandırmağa nail olub. Lakinsonuncu dəfə bu dialoq qarşıdurma ilə nəticələnib və məşhur futbolçu pulunualmayacağı barədə xəbərdar edilib. Bundan sonra Maşallah Əhmədov İmişli Rayon İcraHakimiyyətinin binası önündə özünü yandırmağa belə cəhd edib. Məlumatlardaiddia olunur ki, həmin vaxt icra hakimiyyətinin qarşısında olan bir neçə nəfəronun özünə qəsd etməsinin qarşısını alıblar. Lakin bu addım da onun pullarınıalmasına yardımçı olmayıb.Əksinə, Vilyam Hacıyevin yaranmış vəziyyətiyuxarılardan gizlətdiyi deyilir. 

Əldə etdiyimiz məlumatlara əsasən, icra başçısının iş gördürüb pulunuvermədiyi iş adamlarının sayı-hesabı yoxdur. Araşdırmalar nəticəsində məlumolur ki, «İmişli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsiməqsədi ilə» prezident sərəncam verərək icra hakimiyyətinə 2 milyon manatayırıb. Sərəncamdan sonra «sosial-iqtisadi inkişaf tədbirləri»nin nəinkisürətlənmədiyi, hətta yarımçıq qalan tikililərdə tamamlama işlərinin beləgörülmədiyi müşahidə olunub. Tikintidə iştirak etmiş iş adamlarının vəfəhlələrin İmişli Rayon İcra Hakimiyyətinə qarşı pul tələbi aylarla davam edib,narazı qalanlar, həbs olunanlar olub. İddialara görə, İmişli RİH başçısı VilyamHacıyev tikinti borclarının bir hissəsini şəxsi mülklərini satmaqla ödəyib.Amma hələ də İmişli RİH-dən haqqını tam almadığını deyənlər də var. Başqa birməlumatda bildirilir ki, rayonun mərkəzi hissəsindəki ictimai binaların,kommersiya obyektlərinin fasadları, fərdi təsərrüfatların hasarları üçün «vahidforma» tətbiq edilərək, eyni daşla üzlənib. Hətta bu zaman vətəndaşlarınyaşayış yerlərindən prospektə açılan darvazalarının da dəyişdirilməsi işinəbaşlanılıb.Deyilənə görə, yerli icra nümayəndələri, bələdiyyə sədrləri, digərvəzifəli şəxslər, habelə iş adamları qarşısında «Hərə bir darvazanın xərciniödəsin» tələbi qoyulub. 

Bir sözlə, icra hakimi əlinə düşən hər fürsətdə rayonda aparılanyarımçıq abadlıq işlərinə ya sahibkarları, ya da dolanışığını güclə təmin edənsakinləri cəlb edir. Qeyd edək ki, Vilyam Hacıyevin Prokurorluq orqanındaişləyən oğlu Məhəmməd Hacıyevlə bağlı da kifayət qədər neqativ məlumatlarmövcuddur. Bizə çatan informasiyaya əsasən, icra hakiminin oğlu prokurorluqorqanlarında işə Qaradağ rayon Prokurorluğundan başlayıb. Amma onun burdakıkaryera müddəti elə də çox çəkməyib. Deyilənə görə, icra başçısının oğlu mühümbir məsələ ilə bağlı elə bir kobud və bağışlanılmaz səhvə imza atıb ki, bu onunQaradağ rayon Prokurorluğundan Nərimanov rayon Prokurorluğuna təyinat almasıilə nəticələnib. Bu barədə malik olduğu bilgiləri bizimlə paylaşan mənbəbildirir ki, əslində icra başçısının oğlu Məhəmməd Hacıyev buraxdığı kobudsəhvə görə ümumiyyətlə prokurorluq orqanlarından xaric olunmalı idi: «Hətta buməsələ, yəni Məhəmməd Hacıyevin buraxdığı kobud səhvlə bağlı Baş Prokurorluğada məlumat verilib. Onun ciddi şəkildə cəzalandırılması məsələsi müzakirəolunub. Lakin son anda Vilyam Hacıyev əlaqələrini işə salaraq, himayəsindəolduğu şəxsin yardımlarına baş vuraraq işə yeni qəbul olunan oğlunu onugözləyən təhlükədən sığortalamağı bacarıb.Deyilənə görə, Vilyam Hacıyevinminnətçi düşdüyü nüfuzlu şəxsin müdaxiləsindən sonra Məhəmməd Hacıyevprokurorluq orqanlarından xaric edilməsə də, Qaradağ rayonundan Nərimanovagöndərilib. Bunu ona görə cəzalanma adlandırmaq olar ki, Məhəmməd Hacıyev birçox məsələləri məhz Qaradağ rayonunda asanlıqla yoluna qoya bilirdi. LakinNərimanov rayonuna təyinat aldıqdan sonra o əvvəlki «qayda»da işləməyibacarmadı». Vilyam Hacıyevlə bağlı ən maraqlı məqamlardan biri isə onunqeyri-millətdən olan şəxslərə xüsusi diqqət və qayğı ilə yanaşmasıdır. Bununlabağlı çox mühüm məlumatları bildiyini deyən mənbə iddia edir ki, VilyamHacıyevin ətrafında qeyri-millətlərin nümayəndələri özlərini olduqca sərbəsthiss edirlər: «İcra başçısı qeyri-millətdən olan şəxslərə o qədər doğmalıqgöstərir ki, adam buna təəccüblənməyə bilmir». Bu haqda geniş yazını bir neçəgündən sonra daha dəqiq olan faktlarla oxucuların diqqətinə çatdıracağıq.

 Görəsən, ermənilərlə müharibə getdiyi bir vaxtda, ... bütünmillətin düşündüyü kimi hamı düşünürmü? İndi isə keçək əsas mətləbə. Belə ki,bəzi radikal müxalifət yönümlü kütləvi informasiya vasitələri icra başçısınıciddi cəhdlə müdafiə edirlər.Hansı ki, həmin KİV-lər bir zamanlar özləri VilyamHacıyevi “topun” ağzına qoyublar. İndi isə tamam fərqli mövqedən çıxış edirlər.Bunun səbəbini araşdırdıqda ortaya kifayət qədər maraqlı məqamlar çıxır. 

Bubarədə növbəti yazımızda. 

Gundeminfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər