İcra başçısının qaynı MTN generalının məhkəməsində dindiriləcək
Məhkəmədə dindiriləcək şəxslər arasında Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin qaynı Rafiq Səfərov da var.
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Anti-terror Mərkəzinin sabiq rəisi general Elçin Quliyevin məhkəmə prosesinə start verilib. Generalın ittiham aktında əks olunanlar bu prosesdə bir sıra sensasion məqamların üzı çıxacağını göstərir.
Gununsesi.info-nun Elçin Quliyevin ittiham aktına istinadən verdiyi xəbərə görə, məhkəmədə dindiriləcək şəxslər arasında Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin qaynı Rafiq Səfərov da var.
Belə ki, vaxtilə, MTN-nin Xəzər Rayon İdarəsinin rəisi işləyən Rafiq Səfərov Elçin Quliyevin göstərişi və Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun razılığı ilə qanunsuz əməl törədiblər.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın