İctimai nəqliyyatda "məni də keçirə bilərsənmi" deyənlərin sayı durmadan artacaq

İctimai nəqliyyatda "məni də keçirə bilərsənmi" deyənlərin sayı durmadan artacaq 

Xəbər verildiyi kimi, Bakı şəhərində və paytaxt ətrafında müntəzəm sərnişindaşıma xidməti göstərən özəl daşıyıcı şirkətlər mövcud tariflərə yenidən baxılması və özəl daşıyıcılara dövlət dəstəyinin artırılması ilə bağlı Tarif (qiymət) Şurasının sədrinə, İqtisadiyyat Nazirinə müraciət ünvanladıqlarına dair xəbər yayılmışdı.

Son günlər isə xəbər saytlarında yayılan məlumatlardan belə başa düşülür ki,ictimai nəqliyyatda gediş haqları azı 50 qəpiyə qədər qaldırıla bilər.Gediş haqqı qiymətlərinin artırılmamış müzakirəsi isə deməya əsas verir ki,bütün bunlar yeni qiymət artımına vətəndaşları bəri başdan uyğunlaşdırmaq məqsədi daşıyır.Əks təqdirdə qiymətlər qaldırılmadan bu dərəcədə müzakirələrə yəqin rəvac verilməzdi.Müzakirələr bu şəkildə aparılırsa,saytlar da İctimai nəqliyyatda qiymətlərin ən azı 50 qəpiyə qədər artırılacağını proqnozlaşdırırlarsa demək,gediş qiyməti qaldırılacaq.Bu isə o anlama gəlir ki,ictimai nəqliyyatda "məni də keçirə bilərsənmi" deyənlərin sayı durmadan artacaq.

Faktinfo.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi