İki azyaşlı dərmandan zəhərlənib
Lənkəranda bir ailənin iki azyaşlı övladı dərmandan zəhərlənib.
APA-nın cənub bürosunun məlumatına görə, Mamusta kənd sakinləri, 2013-cü il təvəllüdlü Hüseyn Fərid oğlu Fərəcov və onun bacısı 2015-ci il təvəllüdlü Arifə Fərid qızı Fərəcova valideynlərinin nəzarətindən yayınaraq stolun üzərində olan “Valerian” dərmanını götürüb içiblər. Hər iki azyaşlı valideynləri tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
H. Fərəcova və A. Fərəcovaya tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicəyə buraxılıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın