İki icra başçısının ağaclardan “təmizlədiyi” ərazilər – Şok fotolar
Bakının Xətai və Nizami rayonları son vaxtlar ən çox ağac qətliamı aparılan yerlərdəndir. Bu rayonlarda bir vaxtların yaşıllıq ərazilərin, parkların yerini hazırda göydələnlər, restoranlar, ticarət mərkəzləri tutub.
Bu böyük "dəyişimi" "Google Earth" proqramı vasitəsilə açıq-aydın görmək mümkündür.
Yeniavaz.com sözügedən iki rayondakı ağac qətliamını sübut edən peyk fotolarını təqdim edir.
Məhəmməd Hadi küçəsində yerləşən parkı 4 il sonra göydələnlər əvəz edib.
Qara Qarayev prospektində avtomobil yolunun ortasında yerləşən ağaclıq ərazi 2 dəfə kiçilib. Ağacların yerini restoran, kafe və ticarət obyektləri tutub.
Sarayevo küçəsində yolun ortasında yerləşən yaşıllığın yerində artıq nəhəng restoran var.
Mehdi Abbasov küçəsində yol kənarındakı yaşıllıq ərazi tamamilə yox olub.
Məzahir Rüstəmov küçəsində yerləşən yaşayış binalarının arasındakı yaşıllıqlar yoxa çıxıb.
Nizami rayonu ərazisindəki bu nəhəng yaşıllıq sahədə "dəyişiklik" artıq başlayıb.
Qeyd edək ki, Xətai rayonuna 2006-cı ildən 2018-ci ilə kimi Razim Məmmədov, Nizami rayonuna isə 2015ci ildən indiyə kimi Arif Qasımov başçılıq edib.
Bu xəbər üçün şərh yazın