İki nazir və Komitə sədri əsassız tənqid olunur

İki nazir və Komitə sədri əsassız tənqid olunur - Niyəsini bizdən oxuyun

Beynəlxalq praktikada mətbuatın nüfuzu mətbu orqanın oxucu auditoriyası ilə ölçülür.

Bu həm də bir çox tanınmış şirkətlərin,iş adamlarının  reklam bazarını həmin mətbuat üçün açıq etməsinə səbəb olur. Bu o halda baş verir ki, həmin mətbu orqanın yazdıqları əvvəl və sonrakı mərhələdə özünü doğruldur.Yəni,inam iqtisadi imkanların genişlənməsinə təkan verir.

Bu gerçəkliyi dərk edə bilməyən bəzi KİV-lər, xüsusən də son aylarda bir sıra saytlar tamam başqa yol tutmağa üstünlük veriblər. Belə ki, həmin saytlar sensassiya yaradaraq daha çox tanınmaq naminə (əslində onlara elə gəlir), bəzən də hansısa digər  səbəblərdən istədiklərini yazırlar. Ancaq, çox keçməmiş həmin məlumatların və ehtimalların həqiqətdən uzaq olduğu üzə çıxır. Nəticədə həm özləri nüfuzdan düşür, həm də haqsız və faktsız  hədəfə aldıqları qurumların rəhbər şəxslərində ümumilikdə mediaya qarşı ikrah hissi formalaşır.

Müşahidələr göstərir ki, hazırda bu qisim saytların ən çox “baltaladığı” sahələrdən biri gömrük sistemidir.Respublika Gömrük Komitəsinin sədri,o cümlədən  Bakı Baş Gömrük İdarəsinin rəisi ən çox tənqid hədəfinə çevrilən şəxslərdir desək, yəqin ki, yanılmarıq.

Doğrudur, vaxtilə gömrük orqanlarında neqativ hallar kifayət qədər olub. Gömrük xidməti ilə üzləşən hər kəs yəqin ki, bunu xatırlaya bilər. İndi də bəzən  belə hallara rast gəlinir. Lakin, etiraf etməliyik ki, son bir ildə,xüsusilə son aylar bu sahədə vəziyyət kökündən dəyişib.

Ölkə prezidenti İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə müxtəlif sahələrdə həyata keçirilən çoxsaylı islahatlar gömrük sisteminə də sirayət edib. Bu sahənin inkişafı və təkmilləşdirilməsi üçün bir sıra yeni qanunlar qəbul edilib, struktur dəyişikliyi həyata keçirilib, həmçinin kadr islahatları aparılıb. Bütün bunların sayəsində əldə olunan uğurlar göz qabağındadır. Hazırda Respublikamızda nümunəvi fəaliyyəti ilə seçilən gömrük idarələrinin sayı kifayət qədərdir.

 Cəmisi  6 ay deyil ki, Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinə sədr təyin olunub. Buna baxmayaraq,  “köhnə eybəcərliklərin mahir ifaçısı”, “ölkəni yuxuya verməkdən başqa bir şey bacarmayan” və digər onlarla fakta söykənməyən “yarlıqlar”ı ona yapışdırmağa cəhd göstərirlər.Hətta irəli gedərək elə hay-küy qoparırlar ki,sanki dövlət başçısı sözügedən vəzifəyə təyin etdiyi şəxsi tanımırmış.Təbii,biz demirik ki, Səfər Mehdiyev tənqid olunmasın.Elə mətbuatın işi bu olmalıdır.Lakin,mətbuat ən azı 6 ay onun fəaliyyəti ilə bağlı müşahidə aparmalı, statistik rəqəmləri təhlil edib, paralellərlə müqayisə əsasında nəticə çıxarmalıdır ki, Səfər Mehdiyev DGK-nə sədr təyin olunandan sonra hansı nəticələrə nail olunub. Bəzi saytlar bu önəmli amilləri nəzərə almadan S.Mehdiyevin necə işləməsini nə tez müəyyən etdi-sualının özü bir mövzudur. O, hələ sistemdə uzun illərdən bəri kök salmış nöqsanların aradan qaldırılması, müəyyən miqyasda kadr islahatlarının həyata keçirməsi ilə məşğul olduğu bir zamandan – təyinatının ilk aylarından tənqid olunmağa başlayıb.Bu cür yanaşma isə ona qarşı qərəzin göstəricisidir.

Bu yanaşma nə dərəcədə ədalətlidir ki, 3-5 sayt onu yerli-yersiz tənqid edir, sosial şəbəkələrə “mövzu” verirlər. Məgər bu münasibət “sifalriş”in təzahürü, göstəricisi və ilkin işartıları kimi xarakterizə olunmamalıdır?!

Yazılanlardan fərqli olaraq, qətiyyətlə deyə bilərik ki, bu gün təqdirəlayiq fəaliyyəti ilə seçilən qurumlardan biri də Bakı Baş Gömrük İdarəsidir. Kənan Məmmədovun bu idarəyə rəis təyin olunmasından sonra müşahidə olunan irəliləyişlər hər kəsin gözü qarşısındadır.Buna sahibkarların,hüquqi və fiziki şəxslərin gözü ilə baxmaq lazımdır.Havadan danışmaq,faktsız,dəlilsiz ittiham irəli sürmək  lazım deyil. İndi Bakı Baş Gömrük İdarəsində ciddi nizam-intizam hökm sürür, qanunun tələbləri hər şeydən üstün tutulur. Vətəndaşların zərurət olmadan saatlarla, günlərlə gözlədilməsi, onların qarşısında yerli-yersiz tələblərin irəli sürülməsi və s. neqativ hallar tamamilə aradan qaldırılıb. Təbii ki, bütün bunlar Səfər Mehdiyevin rəhbərliyi altında Kənan Məmmədovun işgüzarlığı, qətiyyəti və peşəkarlığı sayəsində mümkün olub.

Elə bunun nəticəsidir ki,2018-ci il ərzində dövlət büdcəsinə Dövlət Gömrük Komitəsi tərəfindən ödənilən milyardlarla manat vəsaitin əhəmiyyətli hissəsi Bakı Baş Gömrük İdarəsinin payına düşür.

Eynilə Kənd Təsərrüfatı naziri İnam Kərimov, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə də eyni yanaşma tətbiq olunur.

 Kənd təsərrüfatından az-çox anlayışı olanlar bilir ki, hələ SSRİ dönəmində bu sahə dotasiya ilə işləyib. Kənd təsərrüfatı təbii fəlakətə, eləcə də gözlənilməyən ziyanvericilərin təsirinə məruz qaldıqda proqnozlaşdırılmamış nəticələr ortaya çıxa biləcəyinə belə hesablanmalıdır. İndi bir “lapatka”nı torpağa batırmayan, bir lək göyərti əkməyən, iki ağac dibi yumşaltmayan şəxslər kənd təsərrüfatı ilə bağlı fikir yürüdür, naziri bəri başdan ittiham edirlər. Əslində isə bu gün tənqid olunmalı nazirliklərdən birincisi İqtisadi İnkişaf Nazirliyi olmalıdır ki, marketlərdə qiymətlər hiss olunmayacaq şəkildə qaldırılır, istehlakçılar çıxılmaz vəziyyətə düşür,bunun qarşısı alınmır. Nə isə...

Görünən odur ki, bu gün İnam Kərimov kənd təsərrüfatı məhsullarının çatışmazlığında günahlandırılır. Hələ də bəzi saytlar anlaya bilmir ki, Kənd Təsərrüfatı Nazirliyi artıq islahata getmiş torpaqların sahibi deyil. Bu nazirlik kənd təsərrüfatı məhsullarının becərilməsi, yetişdirilməsi və istehsalının siyasətini həyata keçirir. İnam Kərimovun işinə verilən qiymət isə yeni mövsüm kənd təsərrüfatı məhsullarının yetişdirilməsi faizi ilə ölçüləcəkdir. Onda bilinəcək ki,İnam Kərimov nə dərəcədə kənd təsərrüfatı siyasətini həyata keçirdib və fermerlərlə işləyə bilib. Yəni, rayonlara növbəli qaydada ezam olunan işçi qruplarının iş məhsuldarlığı bu işdə xüsusi rol oynayacaqdır.Nəticədə nazir tərəfindən torpaq sahiblərinə, fermerlərə verilmiş məsləhətlərin nə dərəcədə önəmli olması müəyyənləşəcək. Torpağın relyefinə uyğun hansı növ kənd təsərrüfatı məhsulunun harada əkilməsi məsləhətlərinin (siyasətinin), düzgünlüyü bilinəcəkdir ki, İnam Kərimova verilən qiymət bununla götürüləcəkdir.

 O ki qaldı İnam Kərimovun idarəçilikdə təcrübəsinə, bu, nazir olduğu ilk həftədə müəyyən mənada sezildi. Onun apardığı kadr islahatlarını izləyəndə müəyyən mənada məntiqlə uzlaşma hiss olundu. Yəni, İ.Kərimov ehtiyatlı davranmağa üstünlük verdi. Bunu bəlkə də, onunla izah etmək olar ki, nazirin kənd təsərrüfatı sahəsində həyata keçirə biləcəyi siyasəti diqtə edən ətrafı yox idi. Elə bu məntiqdən prosesi izləyənlər bilir ki, İnam Kərimov vəzifədən azad etdiyi şəxslərin sistemdən kənarlaşdırılmaması məqsədi ilə onları başqa vəzifələrə təyin etdi.Bunda isə məqsəd o idi ki, vəzifəsində yerdəyişmə tətbiq edilən şəxslərin  istənilən halda  potensialından təkrar istifadə edilə bilinsin. Belə bir yanaşma hardasa onun uzaqgörənliyinin göstəricisidir.

Digər tənqid olunan nazir Sahil Babayevə gəlincə, bütün ölkə ictimaiyyəti bilir ki, o,sələfi Səlim Müslümovdan fərqli olaraq, populizmdən çox-çox uzaqdır. O, nazir təyin olunduğu gündən yerində və işində olmayan, illərlə Səlim Müslümova arxalanaraq, DSMF və TSEK-lərdə ,o cümlədən digər qurumlarda  illərlə millətə zülm edib, qanını soran şəxslərə qarşı mübarizə aparır. Onun nazir təyin olunduğu gündən əlillik dərəcəsi və ünvanlı sosial müavinət almağa görə heç bir şəxs KİV-lərə müraciət edərək , ondan rüşvət istənilməsi barədə fikir səsləndirməyib. Belə olan təqdirdə Sahil Babayev niyə tənqid olunur, bunu da başa düşmək olmur.

Fuad İsgəndərov

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər