İki oğlu güllələnib öldürülmüş ananın fəryadı- İlham Əliyevdən kömək istəyirəm
Bakı Apellyasiya Məhkəməsində iki qardaşı qətlə yetirən Zaur Tərlanovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin Zaur Tərlanovun barəsində təyin etdiyi ömürlük cəzanı ləğv edib. Zaur Tərlanovun cəzası 20 ilə endirilib.
2015-ci il yanvarın 8-də Qaradağ rayonu, Sahil qəsəbəsində xüsusi amansızlıqla və tamah niyyəti ilə odlu silahla qətlə yetirilən Cavid və Cahid Rəhimov qardaşlarının anası Niyar Rəhimova Bakı Apelyasiya Məhkəməsinin verdiyi qərardan narazı qalıb.
Gözü yaşlı ana kassasiya “AzPolitika.info”ya açıqlamasında şikayət verəcəyini bildirib.
“İki uşağı 2,5 metrlik məsafədən xüsusi amansızlıqla qətlə yetirənə müddətli həbs?!”
“Zaur Tərlanov iki özladımı 2 metr yarımdan “Vinçestr” silahlı ilə qətlə yetirib. Övladlarımın üstündə heç bir silah olmayıb. Elə onları maşındaca qətlə yetirib. Bakı Ağır Cinayətlər Məhkəməsindən, Mayıl Bayramovdan çox razıyam, haqqın bərpası üçün çox zəhmət çəkdi. Oradan keçdi Apellyasiya Məhkəməsinə. Orada Əflatun Qasımovdan da çox razıyam. Ağır Cinayətlər məhkəməsi ömürlük həbs cəzası verdi, apellyasiya məhkəməsi də təsdiq elədi. İşi təzədən Ali Məhkəmyə verdilər.
Ali Məhkəmə qərar verdi ki, şikayətləri qismən təmin olunsun. Apellyasiya məhkəməsində Qail Məmmədov isə ömürlük cəzanı ləğv edib 20 illik cəza ilə əvəzlədi. Harada görünüb ki, əli silahsız maşının içində iki uşağı 2.5 metrlik məsafədən xüsusi amansızlıqla qətlə yetirənə 20 il cəza verilsin?!”
“Mehriban xanımdan xahiş edirəm…”
“Bu qədər haqsızlıq olmaz. Külli miqdarda rüşvət verib oğlumun qanını satın alırlar. Mən Mehriban xanımdan xahiş edirəm ki, bir ana kimi məni qəbul eləsin.
“Kanal 13″-ə çıxdılar. Yalan məlumatlar yaydılar. Mənim uşaqlarımın familiyasını da səhv dedilər. Biz Qaradağ rayon Sahil qəsəbəsində yaşayırıq. Yaşadığımız qəsəbənin də adını səhv deyirlər. Guya Ələt qəsəbəsidir. Guya onun arvadını mənim oğlum zorlayıb, bunun üstündə olub hadisə. Bunların hamısı yalandır.
Zaur Tərlanovun öz arvadı uşaqları var. Xanım Aslanova onun arvadı deyil. Onunla qeyri-qanuni yaşayıb, necə olub bilmirəm. Deyirlər ki, oğlumla o qadın arasında mesajlaşma olub, bunu bilmirəm. Hakim məhkəmədə dedi ki, oğlumla dostluq zəminində mesajları olub. Olubsa da burada oğlum ölməməliydi. Burada zorakılıq olmayıb.
Mənim 29 yaşında kərbəlayi, məşhədi, 5-ci sinifdən namaz qılan oğluma o şər qalmadı, atmayalar. Bütün bu böhtanların hamısı rədd olundu. O adam Bakı Ağr Cinayətlər Məhkəməsində ömürlük aldı. Ondan sonra getdi Apellyasiya məhkəməsinə. Oradan da göndərdilər Ali Məhkəmənin kassasiyasına. Guya təzədən yenə istintaq getsin. Orada rədd elədilər ki istintaq getməsin, 1 ildir istintaq olub. Bir il bu iş istintaqsız süründü. Çünki o qədər yalan yazırlar…”
“4 aydan sonra silahlanıb qayıtdı…”
“Bir dəfə də oğlumu qaynatasıgildən çıxanda oğurlayıb aparıb döymüşdülər. Amma yazırlar ki, guya mənim oğlum onu döyüb. Mən onu polisə verəcəkdim. Oğlum qoymadı, dedi ki, nə olubsa, gələcək, aydınlaşdıracağıq, üzr istəyəcək. Bu isə qəsəbədən çıxdı getdi. 4 aydan sonra silahlanıb qayıtdı, uşaqları 2,5 metrdən güllələdi. Zaur oğlanlarıma qarşı törətdiyi cinayətə əvvəldən hazırlaşıb. Zaur Tərlanov mənim 2 oğlumu xüsusi amansızlıqla öldürüb. Silahı maşının arxa şüşəsinə dirəyib və Cavidi vurub. Cahid maşından düşmək istəyəndə onun ayağından atəş açıb. Cahid maşına minib, qapını bağlayıb. Zaur Tərlanov onun böyründən, döş qəfəsindən atəş açıb. Onun niyyəti mənim hər 2 övladımı öldürmək olub, öldürüb də.”
Qatilin həbsxanadan göndərdiyi məktub: Etiraf və yeni qətl təklifi…
“Zaur həbsaxandan mənə 9 səhifəlik məktub yazıb. Yazıb ki, oğlumun toyunda da olub, şəkilləri də var. Gah deyir, mənim oğlum reket olub, gah da deyir, onunla çörək dostu olmuşam. Bu məktubda özü yazıb etiraf edir ki, birinci dəfə oğlumu döyməyə aparanda da üstündə silah olub. İstəsəydim, o vaxt da öldürə bilərdim. Mənə yazır ki, sənin düşmənin Xanım Aslanovadır. Onu öldür, öldürə bilmirsənsə, mən sənə kömək edim.”
“Bu iş, pulun, rüşvətin hesabına planlı şəkildə dəyişdirilib”
“Ali Məhkəmədə Tahir Lələkişi oğlu Kazımov işi Qaradağ rayonuna göndərdi. Çünki ora da pul vermişdilər. İyulun 23-də isə Bakı Apelyasiya Məhkəməsində Qail Məmmədov mənim 2 oğlumu odlu silahla qətlə yetirən Zaur Tərlanovun ömürlük həbs cəzasını müddətli cəza ilə əvəzlədi. Qəsəbədə nəyləri varsa satıblar, pulun gücünə məhkəmə hökmlərini dəyişdirirlər. Bu qədər rüşvətxorluq, haqsızlıq olmaz. İki oğulun qanının üstündən pul yemək olmaz.
Övladlarımı güllələyib qaçanda tutublar. İşi yüngülləşdirmək üçün yazdırıblar ki, könüllü təslim olub. Halbuki, polislər onu qaçanda başının üstündən xəbərdarlıq atəşi açıb tutublar. Onu tərk-silah edən polislər gəlib məhkəmədə dedilər ki, Zaur Tərlanov silahlı müqavimət göstərib, onu qorxudublar, başının üstündən atəş açıblar, təslim olmağa məcbur ediblər. Buna görə 2 polis əməkdaşı mükafatlandırılıb. Könüllü təslim yazan şəxsi də işdən çıxardılar. “
Qail Məmmədov
Mən Prezidentə, Mehriban xanıma müraciət edirəm. Məni qəbul eləsinlər. Məmurlar mənim öldürülən uşaqlarımın üstündə qumar oynayırlar.
Bunları edən Tahir Kazımov və Qail Məmmədovdur. Tahir Kazımov xüsusi amansızlıq maddəsini dələğv elədi.
Tahir Kazımov
“Məni özümü yandırmağa məcbur eləməsinlər”
Məni özümü yandırmağa məcbur eləməsinlər. Məni narahat edən Ali Məhkəmə göndərmişdi ki, şikayət qismən təmin olunsun. Əvəzində isə ömürlük həbsi 20 illik cəzaya dəyişdilər. Bir də yazıblar ki, bu hadisədə xüsusi amansızlıq yoxdur. İki uşaqğın canı birdən necəçıxa bilər? Məgər hakim orada idimi? ”
Hakimlər ailəmizin əsəblərini tarıma çəkiblər. İmkan vermirlər özladımın yetimlərini saxlayım.
Mən 2 oğlumu amansızcasına öldürmüş Zaur Tərlanovun ömürlük həbsə məhkum edilməsini tələb edirəm. Zaur Tərlanovun pulu var deyə, onu layiq olduğu cəzadan azad etməlidirlər? Mənim nəvəmi 5 aylığında yetim qoyan adam niyə pul verib canını qurtarmalıdır? Gəlinim psixoloji sarsıntı keçirib, 4 ildir xəstəxanalardadır. Bu hakimlər – Tahir Kazımov, Qail Məmmədov məndən nə istəyirlər? Bu qədər haqsızlıq olar?”
Bu xəbər üçün şərh yazın