İki uşaq anası özünü dənizə ataraq intihar etdi
Bakıda Dənizkənarı Milli Parkda (“Bulvar otel”in yaxınlığı) dənizə düşən şəxsin adı məlum olub.
Özünü dənizə ataraq intihar edən şəxs 1983-cü il təvəllüdlü Binəqədi rayon sakini Rüstəmova Dilrubə Xalid qızıdır.
Ərazidə olan 1985-ci il təvəllüdlü Quliyev Ruslan Etibar oğlu onu xilas etməyə çalışıb, lakin mümkün olmayıb.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib. Xilasedicilər D.Rüstəmovanın meyitini sudan çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.
D.Rüstəmova iki uşaq anasıdır.Report.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın