İki uşaq anasını öldürən harın gənc hökmdən narazıdır
Şikayəti təmin edilmədi Bakı Apellyasiya Məhkəməsində bir nəfərin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ağəli Fərəclinin şikayətinə baxılıb.
APA-nın məlumatına görə, hakim Qədim Babayevin sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara görə, şikayət dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, bu il mayın 3-də naməlum avtomobil Sabunçu rayonu ərazisində hərəkətdə olarkən piyada, 24 yaşlı Məmmədova Xəyalə Ənvər qızını vuraraq hadisə yerindən qaçıb. X. Məmmədova aldığı bədən xəsarətlərindən 3 saylı Şəhər Kliniki Xəstəxanasında vəfat edib.
Fakta görə Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyathadisəsinin “Porsche” markalı, 99-BS-999 dövlət nömrə nişanlı avtomobili idarə edən azyaşlı Ağəli Füzuli oğlu Fərəcli tərəfindən törədilməsi müəyyən edilib.
Cinayət işi Cinayət Məcəllənin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrinə tövsif edilib.
Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs – F. Fərəcli tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan şəxsə – azyaşlı oğlu A. Fərəcliyə verdiyinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsində nəzərdə tutulan inzibati tənbeh tətbiq edilib.
Sabunçu rayon Məhkəməsinin 22 iyun 2017-ci il tarixli qərarı ilə Sabunçu Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış Fərəcli Ağaəli Fizuli oğlunun barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə dair vəsatəti təmin edilib.
Həmçinin oxuyun: İKİ UŞAQ ANASINI ÖLDÜRƏN HARIN GƏNC SAXLANILDI – Əsl yaşı gizlədilibmiş!
Qərarın icrası Sabunçu İcra Hakimiyyətində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya və Sabunçu Rayon Polis İdarəsinə həvalə edilib.
A. Fərəclinin vəkili həmin qərardan apellyasiya şikayəti verib. O, müdafiə etdiyi şəxsin yaşının nəzərə alınmasını və daha yüngül cəza verilməsini istəyib.
Bu xəbər üçün şərh yazın