“İldə 30-40 min sahibkarlıq subyektləri bağlanır” –

“İldə 30-40 min sahibkarlıq subyektləri bağlanır” – Ziyad Səmədzadə

“Sahibkarlar maliyyə mənbələrinə çıxışda əziyyət çəkirlər”.

Report.az  xəbər verir ki, bu gün Bakıda keçirilən İqtisadiyyat Nazirliyinin yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ( KOBİA) dəstəyi ilə “Kiçik və orta biznesin inkişafında ictimai şuraların rolu” mövzusunda forumda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda sahibkarlıq institutu inkişaf edir:

“Özəl sektor Azərbaycan iqtisadiyyatının 80 faizini təşkil edir. Sahibkarlıqla məşğul olan insanların sayı 1 milyona yaxınlaşır”.

O, KOBİA-nın fəaliyyətinə diqqət çəkib: “Bu istiqamətdə KOBİA mühüm işlər həyata keçirir”.

Z.Səmədzadə əlavə edib ki, ildə 30 -40 min sahibkarlıq subyektləri bağlanır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi