“İlham bəy o yeri mənə verdi, özü isə mənim yanımdakı stula əyləşdi" -Ərdoğan böyük marağa səbəb olan fotodan danışdı
Prezident Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının sammitində dövlət başçıları ilə söhbət etdiyi anları əks etdirən və ictimaiyyətin böyük marağına səbəb olan fotoşəkillə bağlı açıqlamalar verib.
Faktinfo.az xəbər verir ki,Şanxay Əməkdaşlıq Təşkilatının sammitində dövlət başçıları ilə söhbət etdiyi anları əks etdirən foto dünya mətbuatının marağını kəsb edib.Hətta fotonun siyasi məna kəsb etdiyi,Ərdoğanın yetkin bir siyasi lider obrazının konturları məqalələrdə yer alır.Belə bir dönəmdə Şanxaydan qayıdarkən jurnalistlərin suallarını cavablandıran Ərdoğan sözügedən fotoyla bağlı münasibət bildirərkən “yaxşı xatirə” idi deyib.
Bu barədə jurnalistin Prezident Rəcəb Tayyib Ərdoğana verdiyi suallara cavabını təqdim edirik:
Jurnalist: “Sammitdə bir fotoşəkil çıxdı. Türkiyə və dünya bu fotodan danışır. Şəkildən görünür ki,siz nəsə deyirsiniz, digər liderlər isə sizi dinləyir,onların hamısına müraciət edirsiniz. Bu an necə yarandı? Siz o an nə danışırdınız?” sualına Ərdoğan belə cavab verib: “İlham bəy o yeri mənə verdi, özü isə mənim yanımdakı stula əyləşdi. Əksəriyyəti rus dilini bildiyi üçün tərcüməçi bizim danışdıqlarımızı rus dilinə tərcümə edirdi. Təbii ki, onların hamısı bizim ordakı söhbətimizdən çox həzz aldılar. Yaxşı xatirə idi”-deyə cavab verib.
Bu xəbər üçün şərh yazın