İLHAM ƏLİYEV AŞQABADDA PAŞİNYANI ÇƏTİN VƏZİYYƏTƏ SALDI

İLHAM ƏLİYEV AŞQABADDA PAŞİNYANI ÇƏTİN VƏZİYYƏTƏ SALDI - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Aşqabadda MDB dövlət başçılarının iclası zamanı maraqlı çıxışı ilə yadda qalıb.Belə ki,Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycan xalqının müharibə illərindəki rolunu xatırladıb.

Daha sonra o, MDB liderlərinin dəfələrlə faşistlərin qəhrəmanlaşdırılmasına qarşı çıxış etdiyini bildirib: “Təəssüf ki, MDB məkanında, xüsusilə, Ermənistanda belə şeylər baş verib. Ermənistanın keçmiş hökuməti İrəvanın mərkəzində alman faşistlərinə Qaregin Njde ləqəbiylə xidmət edən faşist cəllad və satqın Qaregin ter Arutyunyana abidə qoymuşdu”.

Daha sonra Prezident İlham Əliyev Njdenin nasistlərlə əməkdaşlıq etməsi haqqında məlumatlı olan Rusiya Xarici İşlər Nazirliyinin nasizmin qəhrəmanlaşdırılmasına həsr edilən may ayındakı hesabatından sitat gətirib.

İlham Əliyev Njdenin Sovet hökuməti tərəfindən sonradan həbs edildiyini və Vladimirsk həbsxanasında öldüyünü xatırladıb: “Təəssüf ki, Ermənistanın yeni hökuməti bu abidəni demontaj etməyib. Hesab edirəm ki, faşizmin qəhrəmanlaşdırılmasına MDB məkanında yer yoxdur”.

Azərbaycan Prezidentindən sonra çıxış edən Ermənistan Baş naziri Paşinyan xalqının nasistlər üzərindəki qələbədə rolundan danışıb.

O, ermənilərin təkcə SSRİ ordusunda yox, həm də Avropa Müqavimət Hərəkatında vuruşduğunu iddia edib: “Biz həmin illərin tarixi hadisələrinin obyektiv işıqlandırılması istiqamətində istənilən konstruktiv addımları dəstəkləyirik və onların subyektiv interpretasiyası cəhdlərinə qarşı çıxırıq. Təəssüf ki, İlham Heydəroviçin nitqində biz belə cəhdləri gördük” .

Paşinyan daha sonra Njdeyə haqq qazandırmaq üçün guya onun Türkiyənin Ermənistanı işğal etməsinə qarşı vuruşduğunu deyib: “Belə təəssürat yaranır ki, bu müharibədə Hitler yalnız ikinci dərəcəli rol oynayıb və nasist hərəkatının lideri Qaregin Njde olub. Doğrusu odur ki, Njde Ermənistanın türk işğalına və “erməni soyqırımı”na qarşı mübarizə aparıb”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər