İlham Əliyev minnatdarlıq hissi ilə xatırlandı-

İlham Əliyev minnatdarlıq hissi ilə xatırlandı- Saakaşvili ağır vəziyyətində hər iki xalqa mesaj verdi

Gürcüstanın keçmiş Prezidenti, hazırda həbs həyatı yaşayan Mixail Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq edib.


Saakaşvili 2008-ci il avqustun 8-də baş verən Rusiya işğalı zamanı Azərbaycanın Gürcüstana verdiyi dəstəyin kifayət qədər qiymətləndirilmədiyini bildirib.

“Dostumuz, qonşumuz bizi yanacaq infrastrukturu və ölkəmizin xilasında mühüm əhəmiyyət kəsb edən maliyyə ilə təmin etdi. Yəqin ki, hərbi sahədə dəstəyindən Azərbaycan özü danışmalıdır, amma bu çox vacib idi. Mən şəxsən İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edirəm”, -Saakaşvili vurğulayıb.


Xüsusi qeyd: Faktinfo.az bildirir ki,Mixail Saakaşvilinin bu açıqlaması böyük mətləblərdən xəbər verir.O,bir mənada açıq tezislə,digər cümləsində isə sətiraltı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin qorxmazlığını,şücaətini gürcü xalqına,digər millətlərə çatdırır.Hətta,o vaxtkı siyasi situasiyanın diqtə edən şərtlərinin ağırlığına baxmayaraq,Mixail Saakaşvili İlham Əliyevin xarakterinin birmənalı müstəqillikdən yana olmadığına  işarə edir.Digər tərəfdən Gürcüstanda siyasi hakimiyyətin  bu açıqlamadan nəticə çıxartmalı olduğunu vurğulayır.Onun bu açıqlamasından o nəticəyə də gəlmək olar ki, Azərbaycan xalqının fəxr etməli prezidenti var.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər