İlham Əliyev yeni icra başçıları təyin etdi - 4 sərəncam

İlham Əliyev yeni icra başçıları təyin etdi - 4 sərəncam 

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə yeni başçının təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Vüqar Teyyub oğlu Zeynalov Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

***

İlham Əliyev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Asif Əzizağa oğlu Ağayev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.

Prezidentin digər sərəncamı ilə Asif Əzizağa oğlu Ağayev Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

***

İlham Əliyev Şamaxı Rayon İcra Hakimiyyətinə də başçı təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub:

Tahir Nadir oğlu Məmmədov Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin!

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi