İlham Əliyevdən mütərəqqi addım- Kərəm Həsənovun səlahiyyətləri azaldıldı
Əmlak Məsələləri Dövlət Komitəsinin bır sıra səlahiyyətləri ləğv edilib.
Faktinfo.az xəbər verir ki, bu prezident İlham Əliyevin dünən imzaladığı "Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanda əksini tapıb.
Fərmana əsasən, bundan sonra daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların və torpaq üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışın, həmin torpaq sahəsinin planının və ölçüsünün verilməsi yalnız "ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək.
Onu da qeyd edək,Əmlak Məsələləri Dövlət Komitəsindən alınan səlahiyyətlərin "ASAN xidmət" mərkəzinə verilməsi rüşvətin,süründürməçiliyin ,ciddi narazılıqların qarşısını alacaq.Prezident İlham Əliyevin bu istiqamətdə imzaladığı fərman müzakirələrə səbəb olub,mütərəqqi addım kimi təqdirə layiq hesab edilir.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın