İlham Əliyevi toya dəvət etdilər - "Mehriban xanıma deyərsiniz...”
Oktyabrın 8-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu Park-2” yaşayış kompleksinin açılışı olub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Sonra dövlət başçısı və birinci xanım Xocalı rayonundan olan məcburi köçkün, şəhid ailəsi Fəridə Cabbarovanın mənzilində olublar. Bildirilib ki, dördotaqlı mənzil bütün mebellərlə təchiz olunub.
Söhbət zamanı ev sahibəsi Prezident və xanımını oğlunun toyuna dəvət edib:
"Mən bir şeyi də qeyd edim ki, Sizin şəhid ailələrinə birdəfəlik 11 min manat yardımınız demək olar, subay olan bir çox şəhid övladlarına dəstək oldu. İnşallah, bu yaxınlarda mən Nicata toy etmək istəyirəm. Arzu edərdim ki, Siz Nicatın toyunda iştirak edib, xeyir-dua verəsiniz”.
Ölkə başçısı isə bu dəvətdən məmnun olduğunu bildirib: "Təbrik edirəm bəri başdan. Allah xoşbəxt eləsin. Tarixi məlumdur? Mehriban xanıma deyərsiniz, məmnuniyyətlə gələrik”.
Birinci xanım Mehriban Əliyeva da dəvətdən məmnunluğunu ifadə edib: "Böyük məmnuniyyətlə gəlib iştirak edərəm”./Bakupost.az
Bu xəbər üçün şərh yazın