İLHAM ƏLİYEVİN XARİCİ SİYASƏT KURSU TƏQDİR OLUNUR- Eltun Süleymanov
İranın Qafanda konsulluq açması və baş konsul kimi Mürtəza Abidin Varaminin "biz erməni xalqı üçün burdayıq",deməsindən sonra Azərbaycanda əsəblər tarıma çəkildi. Bununla İranın siyasi dairələri demək istədilər ki,pərdəarxası siyasətdən açıq müstəviyə keçid etdik,Zəngəzur dəhlizinin də qarşısından çəkilmək fikrimiz yoxdu.
Daha bizim gizli işimiz yoxdu- Ermənistan dövlətini açıq şəkildə müdafiə edəcəyik.Varaminin erməniləri "mən erməniləri İran erməniləri kimi təsəvvür edirəm.Onlar ölkəniz və Qafan sakinləri kimi çox mədəni və dostcanlı insanlardır”, -deyə xarakterizə etməsi isə İranla Ermənistan arasında xoş və səmimi qardaşlıq münasibətlərinin illər əvvəldən olduğunun göstəricisi idi.
Təbii İranın bu şəkildə siyasət sərgiləməsi Ukraynaya qarşı müharibədə uduzacağını hər gün daha aydın şəkildə anlayan Rusiyanın siyasi rəhbərliyi üçün təsadüf və gözlənilməz sayıla bilməzdi.Təsadüfə oxşamayan Rusiya və İran arasında məsləhətləşmələrin aparılmasından sonra atılmış addıma daha yaxın olan,İranın Qafanda konsulluqunun açılmasına tərəddütsüz cavab verilməli idi,verildi də.Ölkə prezidenti İlham Əliyev istiqamət göstərdi, dünyadakı azərbaycanlıların gücünün hərəkətə gətirilməsi üçün işlərə başlanıldı. Digər tərəfdən bir sıra dövlətlərə yeni səfirlər təyin olundu.İranla bağlı cəmiyyətimizdə reaksiyalar baş qaldırdı,Azərbaycanın İsraildə səfirliyinin açılması çağırışları edildi.Prezident cənab İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Baş katibi ilə görüşündə "biz taleyin qədəri ilə ayrı düşən və başqa ölkələrdə yaşayan azərbaycanlılara dəstək verməyə hazırıq" fikirini bildirməsi isə,İranın Qafanda konsulluq açmasından ən çox özlərinin zərər görə biləcəklərinə ehyam idi.
Yəni Azərbaycanda yəhudi əsilli vətəndaşlarımız, eyni zamanda, İsraildə həmvətənlərimiz yaşayır. Ona görə də, İsraildə səfirliyimizin açılmasının tənzimlənməsi,bu istiqamətdə texniki işlərin yernə yetirilməsi üçün siyasi iradənin keçərli olması istənilir,biz də bu istəyi qiymətləndirəcəyik.Hazırda İran mətbuatı yazır ki,Azərbaycanın İsraildə səfirliyinin açılması hər an baş tuta bilər.
Bu sözləri Faktinfo.az saytına açıqlamasında Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov bildirib.
İctimai Şuranın sədr müavini onu da bildirib ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Soçidə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüşü zamanı yüksək siyasi-diplomatik gedişləri ilə Ermənistan hakimiyyətini məyus etdi, həm də bu ölkənin ermənipərəst havadarlarını siyasi fiyaskoya uğratmış oldu.Bununla Azərbaycanın milli maraqlarından geri çəkilməyəcəyini bir daha nümayiş etdirdi.
Bir gün sonra Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxış edən İlham Əliyev "Fransanın Əlcəzair xalqına qarşı törətdiyi qətliam dünyanın heç vaxt unutmamalı olduğu bir hadisədir.Fransa Əlcəzair xalqına qarşı çox dəhşətli bir müharibə aparıb. Bu dəhşətli qətliam 1,5 milyon insanın ölümü ilə nəticələnib," -deməklə, Azərbaycana qarşı siyasi kontekstdə açıq terminlərdən istifadə edən ölkələrə və istənilən siyasi etkadan kənar qəbul ediləcək qərarlara qarşılıq veriləcəyini bildirmiş oldu.
Ona görədir ki, son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici siyasət kursu ölkə əhalisininin bütün zümrəsi tərəfindən təqdir olunur,-deyə İctimai Şuranın sədr müavini Eltun Süleymanov bildirib.
Bu xəbər üçün şərh yazın